Çasini Lertpinçao, ixrac üzrə menecer, Exotic Food PCL, Tayland
Biz Flying Food brendini təmsil edirik. Bu brend, Asiya sousları, ədviyyələr və istifadəyə hazır qida məhsullarının aparıcı istehsalçısı və ixracatçısı kimi qlobal səviyyədə tanınan Tayland şirkəti Exotic Food PCL-in bir hissəsidir. 1999-cu ildə əsası qoyulan şirkət bu gün dünyanın 60–70-dən çox ölkəsinə ixrac edir və Flying Goose, Exotic Food və Thai Pride kimi brendlər altında portfelini genişləndirməyə davam edir.
Əsas məhsulumuz diqqətlə seçilmiş Tayland çili bibərlərindən hazırlanan Sriracha sousudur. Biz bütün istehsalı şirkət daxilində həyata keçirir, proses üzərində tam nəzarəti qoruyuruq və daha sonra hazır məhsulları beynəlxalq bazarlara ixrac edirik. Klassik və ənənəvi reseptlərdən tutmuş daha yumşaq, şirin, daha acılı və xüsusi variantlara qədər geniş Sriracha çeşidləri təklif edirik. Bu isə məhsullarımızın müxtəlif kulinariya mədəniyyətlərinə və dad seçimlərinə asanlıqla uyğunlaşmasına imkan yaradır.
Bu gün istehsalımızın 80%-dən çoxu Avropaya ixrac olunur və bu bazar sabit şəkildə böyüməyə davam edir. Brendimiz artıq qlobal Asiya sousları seqmentində tanınmış ada çevrilib və biz yeni regionlara fəal şəkildə genişlənirik. Bu, bizim Azərbaycanda sərgidə ilk iştirakımızdır və bu təcrübə bizim üçün çox dəyərli və ilhamverici olub. Məhsullarımıza olan yüksək maraq bizi xoş şəkildə təəccübləndirdi — hətta gözlədiyimizdən də artıq. Buradakı insanlar yeni dadlara və kulinariya təcrübələrinə açıqdırlar ki, bu da gələcək inkişaf üçün çox müsbət siqnaldır. Biz həmçinin sərginin yüksək səviyyədə təşkilini və biznes üçün əlverişli atmosferini yüksək qiymətləndiririk. Bu, ünsiyyət, əlaqələrin qurulması və mənalı tərəfdaşlıqların yaradılması üçün əla mühit yaradır.