Sərginin beynəlxalq xarakterinin üstünlükləri

Sərginin beynəlxalq xarakterinin üstünlükləri

7 may 2026 0000

Georgi Çxartişvili, UNITEC S.P.A. şirkətinin satış meneceri (İtaliya)

Unitec şirkəti tərəvəz və meyvələrin çeşidlənməsi üçün həllər təqdim edir və artıq uzun illərdir Azərbaycandakı şirkətlərə kənd təsərrüfatı istehsalı sahəsində daha yaxşı nəticələr əldə etməyə kömək edən müasir texnologiyalar təklif edir.Bu ilki sərgidə biz bir çox həllər nümayiş etdiririk, o cümlədən CHERRY Vision 3.5 AI sistemini. Bu, xarici keyfiyyətin təsnifatı üçün innovativ bir sistemdir və ən son nəsil Süni İntellekt modellərinin istifadəsi sayəsində hava şəraitindən yaranan çətinliklərə baxmayaraq, meyvə istehsal mərkəzlərindən sabit keyfiyyətli albalı tədarükünü təmin edir.

Caspian Agro bizim üçün mövcud müştərilərlə uğurlu görüşlər keçirmək və yeni tərəfdaşlarla tanış olmaq üçün əla bir platformadır. Burada yerli tərəfdaşlarla və qurumlarla münasibətləri davam etdirmək, peşəkar dialoqlar aparmaq çox rahatdır.

Ümumilikdə sərgi barədə təəssüratlar müsbətdir.Sərgi məhsuldar şəkildə davam edir: həm perspektivli yeni əlaqələrimiz oldu, həm də tanış tərəfdaşlarla görüşlər keçirdik.

Azərbaycan beynəlxalq əlaqələrin əsas mərkəzlərindən biridir. Biz Avropa, xüsusilə İtaliya texnologiyasını təmsil edən bir şirkət olaraq, yerli fermerlər və aqrar sektorun iştirakçıları ilə tanış olmağı qarşımıza məqsəd qoşmuşuq.

Eyni zamanda Özbəkistandan olan nümayəndələrlə də əlaqələr quruldu, bu da sərginin həqiqətən beynəlxalq xarakter daşıdığını göstərir.

 

Sponsorlar

Media dəstəyi

Retail Centre – Ticarət şəbəkələrinin görüş mərkəzinin iştirakçıları

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN