2011-ci ildən fəaliyyət göstərən Baku Medical Plaza klinikalar şəbəkəsi ölkəmizdə yüksək tibbi xidmətləri ilə seçilən nüfuzlu səhiyyə ocaqlarından biridir.
Klinikanın Babək, Medilux, Mərkəz, IMC-2 filiallarında göstərilən yüksək səviyyəli tibbi xidmətlər insanların sağlamlığını qorunmasına mühüm töhfə verir. Ən son müasir tibbi avadanlıqlarla təchiz olunan klinikalar şəbəkəsi, bir sıra unikal əməliyyatlar ilə ölkəmizdə ilkə imza atıb.
İllərin təcrübəsinə malik peşəkar həkim komandası və ixtisaslaşmış tibbi personal 24/7 rejimində fəaliyyət göstərərək vətəndaşların sağlamlığının qorunmasına xidmət göstərməyə uğurla davam edir.