AQROKİMYƏVİ MƏHSULLAR VƏ GÜBRƏ DİSTRİBUSİYASI SAHƏSİNDƏ EMA GROUP-UN 30 İLLİK FƏALİYYƏTİ VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQLAR

AQROKİMYƏVİ MƏHSULLAR VƏ GÜBRƏ DİSTRİBUSİYASI SAHƏSİNDƏ EMA GROUP-UN 30 İLLİK FƏALİYYƏTİ VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQLAR

7 may 2026 0000

Könül Cəfərova, Marketing menecer, EMA GROUP

- Şirkətimiz gübrə istehsalı və pestisidlərin, aqrokimyəvi məhsulların distribusiyası ilə məşğuldur. Hazırda tərəfdaşlarımız vasitəsilə 400-dən çox gübrə çeşidi bazara təqdim olunur. Hazırda 30 illik yubileyimizi qeyd edirik və bu, stendimizdə də əks olunub. Bundan əlavə, stenddə maskot yerləşdirilib və bizim əsas PR məqsədimiz məhz bu maskot vasitəsilə tanıtım və kommunikasiya aparmaqdır. Bu hissə ən çox foto çəkilən zonalardan biridir və vizual olaraq da diqqət çəkir. Oyun zonamız da mövcuddur, burada həm qonaqlar üçün, həm də B2B əlaqələr üçün CRM əsaslı iş prosesləri həyata keçirilir.

Biz artıq bir neçə dəfə bu sərgidə iştirak etmişik. Gözləntilər baxımından isə ətrafı müşahidə etmək kifayətdir: gördüyünüz kimi, aktiv əməkdaşlıqlar və B2B danışıqlar gedir. Məncə, hər şey çox yaxşıdır, sərgi uğurla davam edir. Ən çox maraq göstərən ölkələr İtaliya, Meksika, Rusiya, hazırda Türkiyə və xüsusilə Fransadır — həmin ölkələrdən olan nümayəndələr bizimlə aktiv şəkildə əlaqə yaradırlar

 

Sponsorlar

Media dəstəyi

Retail Centre – Ticarət şəbəkələrinin görüş mərkəzinin iştirakçıları

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN