Sərfəli və zəmanətli təkərlər

Sərfəli və zəmanətli təkərlər

6 may 2026 0000

M.P.K MMC- nin brend meneceri – Elnur Səmədov

Şirkətimizin məhsulları “Road Link “ markası adı altında Bakıda, Ceyranbatanda və Gəncədə təqdim olunur. Əsasən bağ bostan texnikalarına olan təkərlərin satışı ilə məşğuluq. Bu sərgidə minik təkərlərini nümayiş etdiririk, onların da satışına da başlamağı düşünürük. Məhsullarımız Türkiyə brendləridir - “Özka”, “Pulmox” markasıdır. “Pulmox” markası minik təkərlər və iri yük texnikaları üçün olan təkərlər təqdim edir. “Ozka” markası isə texnika və traktor üçün olan təkərləri təqdim edir.

Təkərlərimiz azərbaycan bazarı üçün kifayət qədər ucuzdur və zəmanətli şəkildə satılır. Üstəlik bizə yaxın olan Türkiyə bazarındandır, müştərilərə surətli geri dönüş olunur. Yüksək səviyyəli avropa texnologiyaları ilə istehsal olunur.

Qeyd edim ki, məhsulumuz artıq sərginin birinci günü fərdi sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb. Əsasən də kənd təsərrüfatının inkişaf etdiyi bölgələrdən Quba , Qusar, Masallı, Lənkəran daha sonra Ağcabədidən olan fərdi sahibkarlar yaxınlaşdılar və maraqlandılar. Bu sərgi sayyəsində istifadəçilərimiz bizimlə birbaşa ünsiyyət yarada bildi. Sərgidə sifarişçi və tədarükçü arasında səmərəli görüşlər, yeni müştərilərlə fikir mübadiləsi və çox dolğun diskusiyalarımız oldu.

 

Sponsorlar

Media dəstəyi

Retail Centre – Ticarət şəbəkələrinin görüş mərkəzinin iştirakçıları

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN