DAMCI SUVARMANIN SƏMƏRƏLİLİYİ

DAMCI SUVARMANIN SƏMƏRƏLİLİYİ

6 may 2026 0000

Hüseyn İşbilir, “IBCTARIMSULAMA” şirkətinin sahibi və təsisçisi

Şirkətimiz artıq dörd ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Biz su və enerji resurslarından səmərəli istifadəni təmin edən damcı və pivot suvarma sistemlərinin satışı ilə məşğuluq.

Bu sərgidə rəsmi distribyutoru olduğumuz Avstriyanın Metos şirkətinə məxsus rütubət sensorlarını təqdim edirik. Bu cihaz hava temperaturunu, küləyin sürətini, havanın və torpağın rütubət səviyyəsini müəyyən edən iqlim stansiyası funksiyasını yerinə yetirir.

Fəaliyyətimizin əsas istiqaməti Azərbaycanda suvarma sahəsində müasir texnologiyaların tətbiqidir. Bu yanaşma damcı suvarma sistemləri vasitəsilə suya və enerjiyə qənaət etməyə imkan yaradır. Hər il təxminən 1000–1200 hektar ərazidə suvarma sistemləri quraşdırırıq. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstəririk. Ən yüksək tələbat Quba və Qusarda müşahidə olunur. Hazırda Gəncə, Ağsu və Göyçayda da maraq artmaqdadır. Bundan əlavə, Tərtər, Goranboy və Ağcabədi rayonlarında fəaliyyətə başlamışıq.

Əsasən bağçılığın inkişaf etdiyi regionlarda çalışırıq. Məsələn, Zaqatala və Qaxda fındıq bağlarında qurduğumuz sistemlər geniş şəkildə istifadə olunur.

Belə sərgilərin keçirilməsi həm müştərilərə daha müasir avadanlıqları təqdim etmək, həm də yeni işgüzar əlaqələr qurmaq üçün əla imkan yaradır. Sərginin gedişatından məmnunuq. Məhsullarımız həm yerli, həm də xarici sahibkarlar tərəfindən böyük maraqla qarşılanır. Aparılan fəal danışıqlar bunu bir daha təsdiqləyir. Hesab edirik ki, sərginin nəticəsi olaraq müştəri portfelimizi daha da genişləndirəcəyik.

 

Sponsorlar

Media dəstəyi

Retail Centre – Ticarət şəbəkələrinin görüş mərkəzinin iştirakçıları

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN