Anar Mustafayev, “Improtex Industries” şirkətinin layihə rəhbəri
– “Improtex Industries” şirkəti artıq bir neçə ildir ki, Azərbaycanda istehsal olunan öz kənd təsərrüfatı texnikasını “Caspian Agro 2018” sərgisində təqdim edir. Ekspo Mərkəzin qarşısındakı açıq platformada dörd qoşqu nümayiş olunur ki, bunların ikisi müxtəlif təyinatlı yüklərin daşınması, biri maye yüklərin daşınması, digəri isə kənd təsərrüfatında istifadə olunan dizel yanacağının daşınması üçün nəzərdə tutulub. Qoşqular “Improtex Industries” şirkətinin zavodunda, müxtəlif növ aşınmaya davamlı, yüksək dayanıqlı “Hardox”, “Veldex”, ST-52 və b. polad növlərindən istifadə edilməklə istehsal olunub.
“Improtex Industries” şirkətinin texnikasının əsas rəqabət üstünlüyü Azərbaycanda istehsal olunmasıdır və buna görə də 24/7 rejimində servis xidməti almaq mümkündür. Bütün texnikalar müvafiq dövlət orqanları tərəfindən sınaqdan keçirilir və sertifikatlaşdırılıb. Bizim qoşqular Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkənin müxtəlif bölgələrində istifadə olunur.
Şirkətimiz tərəfindən istehsal olunan kənd təsərrüfatı texnikasını satın almaq istəyən iri şirkət nümayəndələrini, eləcə də fermer və aqronomları stendimizdə görməkdən məmnun olarıq. Ən yüksək səviyyədə təşkil edilmiş bu beynəlxalq sərgi sayəsində şirkətin ixrac imkanlarını artırmaq məqsədi ilə məhsullarımızı daha geniş auditoriyaya, o cümlədən, xüsusilə Gürcüstan, Özbəkistan, Qazaxıstan və s. xarici ölkələri təmsil edən auditoriyaya təqdim etmək niyyətindəyik.