Tatyana Qrebennikova, “Eurochem” şirkətinin marketinq üzrə kommersiya direktorunun müavini
Şirkətimiz mineral gübrələrin aparıcı istehsalçılarından biridir və Azərbaycanda gübrə bazarında ən böyük ixracatçılardan sayılır. Biz bu bazarda on ildən artıqdır fəaliyyət göstəririk. Biz bu bazarı Cənubi Qafqazda bizim üçün ən vacib və ən maraqlı bazarlardan biri hesab edirik. Buna görə də sərgidə məhsullarımızın tam çeşidini təqdim edirik. Son illərdə regionda aqrar istehlakçıların davranışlarında baş verən dəyişikliklər açıq şəkildə görünür. Onlar getdikcə daha çox yeni texnologiyalara keçir və yeni məhsullar tələb edirlər. Məhz buna görə biz hər il bu sərgidə yeni məhsullar təqdim edirik. Bizim məhsul çeşidimiz genişlənir və müasir aqrotexnologiyalara uyğun yeni adlar əlavə olunur.
Bütün bitkilər, iqlimlər və torpaq tipləri üçün nəzərdə tutulmuş mineral məhsul çeşidimiz sayəsində fermerlər sağlam, bol və əlçatan qiymətli qida istehsal edə bilirlər. Şaquli inteqrasiya olunmuş dəyər zəncirimiz bizə dünyada bitki qidalanması üçün ən geniş məhsul çeşidlərindən birini, eləcə də qida maddələri ilə zəngin yem məhsullarını təqdim etməyə imkan verir.
Sərgidə iştirakımız yenilikləri təqdim etmək, maksimum fayda əldə etməyə imkan verən həlləri göstərmək və gübrələrimizi təsərrüfatların qidalanma sisteminə inteqrasiya etmək məqsədindən irəli gəlir. Hər il bu mineral gübrələrdən istifadə edənlərin sayı artır. Bu sərgidə biz yenidən tərəfdaşlarımızla görüşmək, yeni imkanları təqdim etmək, keçən ilin nəticələrini dəyərləndirmək və gələcək barədə danışmaq imkanı əldə etdik.