Yeni texnika və toxum növləri “AĞSU AQROPARK”-ın stendində

Yeni texnika və toxum növləri “AĞSU AQROPARK”-ın stendində

10 i̇yun 2021 0000

Hikmət Rüstəmli, "AĞSU AQROPARK" QSC-nin Satış üzrə direktoru

Biz “AĞSU AQROPARK” QSC olaraq Türkiyənin məşhur kənd təsərrüfatı qoşquları markalarından olan “Ünlü” və “Matris” markalarınn istehsalı olan müasir dönən kotanlar, sadə kotanlar, profil şasse kotanlar, malalar, kultivatorlar və s. kimi kənd təsərrüfatı qoşqularını Caspian Agro 2021 sərgisində nümayiş etdirəcəyik.

Sərgi ziyarətçilərinə əsasən torpaqlarında istifadə edərək daha az yanacaq və zaman xərclənərək torpaqlarına rahat şəkildə qulluq etməkdə köməklik edəcək yeni nəsil mexaniki tənzimlənən və tam avtomatik tənzimlənə bilən dönən kotanları təqdim olunacaq.Ümumiyyətlə cəmiyyət texniki məhsullarla yanaşı, toxumçuluq sahəsində də bazarda iddialı şirkətlərdən biri olmaq yolunda ciddi səy göstərir. Belə ki, cəmiyyətin istehsalı olan Elit buğda Qırmızıgül, Elit Arpa Dəyanətli, R1 Arpa Dəyanətli və Bezos kimi yüksək məhsuldarlığı olan toxum növləri istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. İnkişafımızı davam etdirərək qısa zaman ərzində Qarabağ torpaqlarında da filiallarımızı açaraq xalqımıza xidmət etməyə hazırıq.

Xüsusi ilə qeyd etmək istərdim ki, sərgilər bizim kimi şirkətlərin fəaliyyətinin inkişafında rolu çox yüksəkdir. Sərgilərin əsas məqsədi fermerlərlə biz firmaları görüşdürmək və onların işlərində  kömək göstərəcək texnika və qoşqularla yaxından tanış etməkdir. Sərgilərin keçirilməsində yaranan fasilələr isə bizim fermerlərlə əlaqələrimizn itməsinə və eyni zamanda yeniliklərin çatdırılmasında problemlər yaratdı. Sərgilərin bərpası bizim üçün çox sevindirici bir xəbər oldu.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN