Sərgidə “Svetlitsa” və “SunMax” məhsullarını təqdim edirik

Sərgidə “Svetlitsa” və “SunMax” məhsullarını təqdim edirik

6 i̇yun 2021

Marat Zagirov, “Horsa Technologies” şirkətində Satış şöbəsinin müdiri:

Şirkətimiz həm özəl sektorda fəaliyyət göstərən istixana təsərrüfatları, həm də iri istixana kompleksləri üçün innovativ nailiyyət və məhsullarını nümayiş etdirməyə çalışır. Stendimizdə təqdim olunan məhsullar arasında “Svetlitsa” - unikal istixana EVA (etilen-vinil-asetat) plyonkası və kondensasiya əleyhinə vasitə - “SunMax” yer alır.

“Svetlitsa” istixana plyonkasının unikal kimyəvi formulu onun misilsiz mexaniki və optik xüsusiyyətlərinə zəmanət verir ki, bu da Azərbaycanın istixana komplekslərində öz tətbiqini tapacaq. Kondensasiya əleyhinə vasitə - “SunMax” isə istixana sahiblərinə kondensatın yığılmasını və bununla əlaqədar yaranan bitki xəstəliklərini unutmağa imkan verəcək.

Mükəmməl texnoloji xüsusiyyətləri olan məhsullarımız ən yaxşı dünya brendləri ilə rəqabət aparır. Biz daim bütün dünya üzrə ən son texnologiyaların axtarışındayıq və həm ABŞ-ın, həm də Avropanın elmi mərkəzləri, o cümlədən MDB və Avropa ölkələrinin nəhəng kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq edirik. Pandemiyaya görə məcburi fasilə şirkətimizin fəaliyyətinə ciddi təsir göstərməyib.

“Horsa Technologies” şirkəti istixanaların qurulması ilə məşğul olan İspaniyanın “Inverco” şirkətinin Qafqaz regionundakı eksklüziv təmsilçisidir. Şirkət müxtəlif ölçü və növdə istixanaların qurulması üçün bir sıra gəlirli təkliflərə malikdir. Bizə elə gəlir ki, sürətləndirilmiş inkişaf və genişmiqyaslı investisiyalar şəraitində il boyu işləyən istixana təsərrüfatlarının qurulması Qarabağ regionunun sakinləri üçün maddi yardım olacaq.

Şirkətimiz ixtisaslaşmış sərgilərin rolunu yüksək qiymətləndirir. Onlar imicin qorunmasına kömək edir, hədəf auditoriyaya reklam təsiri göstərir və yeni satış bazarlarını müəyyənləşdirməyə imkan yaradır.


Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN