Müasir pestisidlər kolleksiyası

Müasir pestisidlər kolleksiyası

10 may 2018 0000

Seymur Kərimzadə, “Aqrokimya Azərbaycan” MMC-də kommersiya məsələləri üzrə direktor

Stend Nö: А2202

– Sumqayıt Kimya və Sənaye Parkında 15 dekabr 2017-ci il tarixində açılmış pestisidlərin istehsalı üzrə yeni zavod həm əhatə etdiyi ərazi, həm də istehsal həcmi baxımından regionda ən böyük müəssisədir. Tam istehsal gücünə çatdıqdan sonra “Aqrokimya Azərbaycan” zavodunun ildə 9 min tondan artıq istehsal gücü ilə bitki mühafizəsi üçün müxtəlif vasitələri istehsal etməsi gözlənilir.

Şirkət sərgidə 158 adda məhsul daxil olan zavodun ən yeni məhsul çeşidlərini təqdim edəcək. Bunlardan arasında 37 növ insektisid, 58 növ funqisid, 27 növ herbisid, 14 növ akarisid, 6 növ defoliant, 4 növ boyatma (böyütmə) vasitəsi, 3 növ nematosid və 1 növ moluskosid yer alır. Məsələn, “ACILL EXTRA 10EC” herbesidi, “AGROSULFAN 36 EC” insektisidi, “AGROZEB WP” funqisidi, “AVMEC 18 EW” akarisidi və bir sıra digər yeni məhsullar ilə tanış olmaq mütəxəssislər üçün maraqlı olacaq.

Əsas məqsədimiz “Aqrokimya Azərbaycan” zavodunun məhsullarını hədəf auditoriyaya, xüsusən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şirkətlər, fermerlər və aqrar təsərrüfatlara təqdim etməkdir. Hər kəsi stendimizə dəvət edirik - burada onları maraqlandıran bütün məsələlər üzrə peşəkar məsləhətlər gözləyir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN