Bütün məhsullarımız öz istixanalarımızda təcrübədən keçirilir

Bütün məhsullarımız öz istixanalarımızda təcrübədən keçirilir

15 may 2019 0000

Rüfət Məmmədov, “Grow Group” (Azərbaycan) şirkətinin İcraçı direktoru

-  “Growers’ Market” layihəsi “Grow Group” (Azərbaycan) şirkətinin nəzdində fəaliyyət göstərir və istixana kompleksləri üçün lazım olan bütün avadanlıq və hissələrin satışı ilə məşğuldur. Biz stendimizdə əkin, istixana üçün zəruri olan ölçü və iqlimə nəzarət cihazları, dezinfeksiya və suvarma vasitələri, məhsulun budanması üçün bıçaq və qayçılar, məhsul və bitkini qorumaq üçün bitki klipsləri, habelə onları həşəratlardan qoruyan yapışqan və tələlər, əkin üçün əvəzsiz olan substratlar, məhsuldarlığın davamlı inkişafına səbəb ola bilən kölgələmə vasitələri, sis (su dumanı) sistemləri, ziyarətçilər üçün uniforma, papaq, baxil, ağızlıq və əlcək nümunələri, istixana arabaları, yer örtüyü, tikinti materialları, böcək tülü və plastik dam örtüyünü nümayiş etdirəcəyik. Təkliflərimizin ən unikal xüsusiyyəti ondan ibarətdir ki, hər bir məhsul artıq öz istixanalarımızda təcrübədən keçirilib və bunun sayəsində də biz müştərimizə ən effektiv istifadə yolunu təqdim edirik.

 Yarandığı gündən etibarən, “Grow Group” MMC-nin əsas məqsədlərindən biri bütün dünyada istixana sahəsində öz sözünü demiş şirkətlər ilə əlaqələr quraraq, ən müasir avadanlıqlardan istifadə etmək, habelə yüksək məhsuldarlıq və keyfiyyətli nəticə əldə etmək üçün yerli və xarici mütəxəssislərdən tövsiyə almaq və (tələbə uyğun) yeni məhsul araşdırmasını həyata keçirərək, müştərilərimizi şirkətimizdə mövcud olan ən müasir yeniliklər ilə təmin etməkdir. Hər il keçirilən “Caspian Agro” sərgisi bu sahədə olan hədəflərimizə nail olmaq və qarşıya qoyduğumuz məqsədi reallaşdırmaq baxımından olduqca mühüm rol oynayır. 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN