Bizim məqsədimiz yerli fermerləri mineral gübrələrin bütün çeşidi ilə təmin etməkdir

Bizim məqsədimiz yerli fermerləri mineral gübrələrin bütün çeşidi ilə təmin etməkdir

6 i̇yun 2021 0000

“EvroXim Treydinq Rus” MMC-nin Baş direktoru Yevgeniy Onatskiy sərgiyə hazırlıq barədə danışıb.

- Rəhbərlik etdiyiniz təşkilat / şirkət öz stendində hansı məhsul, layihə və ya xidmətləri nümayiş etdirəcək?

- Bizim əsas məqsədimiz yüksək məhsuldarlıq naminə və bitkiçilik məhsullarının keyfiyyətini artırmaq üçün yerli fermerləri mineral gübrələrin bütün çeşidi ilə tam təmin etməkdir. “EvroXim” şirkəti bütün tələb olunan komponentlərin əldə olunması üçün xammal bazalarına malikdir və azot, fosfor və kalium məhsullarının, eləcə də kompleks və ixtisaslaşdırılmış məhsulların geniş spektrini istehsal edir.

Azot qrupuna təkcə klassik karbamid deyil, həm də (torpağa yerləşdirilməsi tələb olunmayan və eyni zamanda, itkiyə daha az meylli olan) əvəzolunmaz və istifadəsi daha rahat ammonium nitrat daxildir. Biz “KAS-32” (КАС-32) maye karbamid-ammonium qarışığını tədarük edirik. Maye formuluna görə “KAS” (КАС) quru şəraitdə xüsusən səmərəlidir.

Kompleks gübrələr arasında ammofos və onun kükürdlə zənginləşdirilmiş analoqu - sulfoammofos gübrələrini təklif edirik. Həmçinin, biz ən müxtəlif məhsullar üçün təsirli formul silsiləsinə malik olan “NPK Avrora” dənəvər gübrəsi ilə fəxr edirik.

Siz sərgi zamanı stendimizə yaxınlaşaraq məhsullarımız haqqında daha çox məlumat əldə edə və lazımi tövsiyələr ala bilərsiniz.

- “Caspian Agro 2021” sərgisinin ziyarətçilərinə region üçün hansı yeni texnologiya, məhsul və xidmətləri təqdim edəcəksiniz?

- Biz fermerlərin diqqətini abiotik gərginliyin təsir və nəticələrini azaltmaq üçün nəzərdə tutulmuş münasib üsullara yönəltmək istərdik. Bu, regionda hədəf bitkilərin keyfiyyətli və rentabelli yetişdirilməsini artırmaq üçün lazımdır, belə ki, iqlim bu parametrlərə hər il öz təsirini  göstərir.

Suda həll olunan “Aqualis” kompleks gübrə xətti: bu gübrə damcılı suvarma zamanı meyvə-tərəvəz istehsalçıları üçün əvəzolunmazdır və tarla bitkilərinin yarpaq qidalandırılması qismində də səmərəlidir. “Aqualis” gübrələri Rusiyanın cənubunda gözlənilməz şəraitdə dəfələrlə sınaqdan keçirilmişdir və onların düzgün tətbiq sistemi məhsulun keyfiyyət və kəmiyyət göstəricilərini artırmağa təminat verir. Bizim vəzifəmiz bu bilikləri fermerlərlə bölüşməkdir.

- İxtisaslaşmış sərgilərin rolunu necə qiymətləndirirsiniz? Sərgilərin məcburi fasiləsi sektorunuza və ya şirkətinizin fəaliyyətinə necə təsir etdi?

- Sərgi həm təcrübə mübadiləsi baxımından, həm də çoxdan bəri maraq doğuran sualların cavabını mütəxəssislərdən almaq üçün əla fürsətdir. Biz müştərilərlə canlı ünsiyyət qurmağı çox sevirik və buna görə də mütəmadi olaraq seminarlar və ərazi tədbirləri təşkil edir, sərgilərdə iştirak edirik. Biz Azərbaycanda yeni məhsulları təqdim etmək, sualları cavablandırmaq və müştərilərimizlə canlı ünsiyyət qurmaq fürsətini səbirsizliklə gözləyirik və “Caspian Agro 2021” sərgisi bunu reallığa çevirir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN