Alessandro Qovi, BCS Group İxrac Meneceri
BCS Group mexanikləşdirmə sənayesində aparıcı olan beynəlxalq şirkətdir. O, BCS, FERRARI, PASQUALI, MA.TRA kommersiya markaları ilə təmsil olunan kənd təsərrüfatı və yaşıllıqlara qulluq üçün texnika, həmçinin MOSA markaları ilə təmsil olunan avtonom elektrik və qaynaq qurğularının istehsalı üçün nəzərdə tutulmuş texnikaların dizaynını hazırlayır və onları istehsal edir. İstehsal fəaliyyətləri İtaliyadakı hər biri müəyyən bir məhsul çeşidi üçün nəzərdə tutulmuş ümumi sahələri 360.000 kvadrat metrdən çox olan üç zavodda (Abbiategrasso, Cusago və Luzzara) həyata keçirilir.
BCS torpağın məhsuldarlığı, işçilərin təhlükəsizliyi, səmərəlilik və s. baxımından üstünlüklər təmin edən geniş çeşiddə avadanlıqlar istehsal edir. Bu texnika xüsusi kataloqlar vasitəsilə təqdim olunacaq.
Caspian Agro vasitəsilə BCS Azərbaycan ərazisində satış kanalına rəhbərlik edə biləcək Azərbaycanda bir və ya bir neçə distributor tapmağı hədəfləyir. Əsas məqsədimiz fermerlərin həyat keyfiyyətinin daha da yaxşılaşdırılması ilə torpaqların məhsuldarlığını artıra biləcək avadanlıqlar vasitəsilə kənd təsərrüfatı sektorunun effektivliyini artırmaq üçün dəstəyimizi təklif etməkdir. Biz müasir çeşidli kənd təsərrüfatı texnikası, patentləşdirilmiş sistemlər və ortamüddətli biznes strategiyasını təqdim edəcəyik. Biz “Made in Italy”-ni təbliğ edəcəyik.
Caspian Agro-dan gözləntimiz keyfiyyət, rahatlıq, təhlükəsizlik və etibarlılıq prinsiplərinə əsaslanaraq qiymət yönümlü düşüncə tərzini dəyişməyə hazır olan, açıq fikirli iş adamları tapmaqdır.