Aqrar təsərrüfatlar, istixanalar və həvəskar çiçək yetişdiriciləri üçün ən yaxşı torf

Aqrar təsərrüfatlar, istixanalar və həvəskar çiçək yetişdiriciləri üçün ən yaxşı torf

5 may 2026 0000

Yelena Kuznetsova, PETER PEAT (RF) şirkətində əsas müştərilərlə iş üzrə menecer

PETER PEAT — Vladimir və Ryazan vilayətlərində öz torf yataqları olan torf hasilatı şirkətidir. Buna uyğun olaraq, tam istehsal dövrünü əhatə edən iki zavodumuz fəaliyyət göstərir. Biz torfun çıxarılması, emalı və fərdi resepturalar əsasında torf və torpaq qarışıqlarının hazırlanması ilə məşğuluq. Aşağı parçalanma dərəcəsinə malik yüksək bataqlıq (sfagnum) torfu, həmçinin aşağı və keçid tipli torfların hasilatı və emalını həyata keçiririk.

Bizim hədəf auditoriyamız peşəkar bazardır — aqrar təsərrüfatlar, gül tinglikləri və istixanalar. İkinci istiqamətimiz isə hobbi bazarıdır — fərdi təsərrüfatlar və həvəskar bağbanlar üçün nəzərdə tutulmuşdur.

Biz Azərbaycanda ilk dəfə təmsil olunuruq və Azərbaycan bazarı ilə tanış olmaq, əməkdaşlıq əlaqələri qurmaq istəyirik. Biz yüksək keyfiyyətli məhsul və hər bir müştəriyə fərdi yanaşma təklif edirik. Torf əsaslı qarışıqların hazırlanması zamanı bitkilərin sistematikasını və torpağın turşuluq səviyyəsini nəzərə alaraq xüsusi analizlər aparırıq.

Bu gün sərgidə aşağı və yüksək parçalanma dərəcəsinə malik neytrallaşdırılmış torf, eləcə də gübrələr və hidrokomponentlərlə zənginləşdirilmiş, çiçəklər, tərəvəzlər və müxtəlif bitkilər üçün uyğun torf substratları təqdim edirik.

Biz yeni satış bazarlarına çıxmaq və məhsullarımızı tanıtmaqda maraqlıyıq. Bu məqsədlə Bakıda keçirilən sərgidə ilk dəfə iştirak edirik. Ümid edirik ki, etibarlı tərəfdaşlarla tanış olacaq və istixana təsərrüfatları üçün torpaq məhsullarımızı Bakıya tədarük edəcəyik ki, xiyar və pomidorlar məhsullarınız Rusiya torfu üzərində yetişdirilsin.

 

Sponsorlar

Media dəstəyi

Retail Centre – Ticarət şəbəkələrinin görüş mərkəzinin iştirakçıları

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN