Sərginin nəticələri satış strategiyamızı təkmilləşdirməyə imkan yaradır

Sərginin nəticələri satış strategiyamızı təkmilləşdirməyə imkan yaradır

13 may 2025 0000
Anton Malıxin, “Rostselmaş” şirkətinin ixrac üzrə direktoru

“Rostselmaş” ötən il 95 illik yubileyini qeyd etmiş, zəngin tarixə malik bir şirkətdir. Bu, uğur tarixçəsi, mühüm mühəndislik nailiyyətləri, topladığı təcrübə və davamlı inkişaf yolu keçmiş müəssisədir.

Kənd təsərrüfatı texnikası sahəsində dünyanın aparıcı istehsalçılarından biri olaraq, biz həm özügedən, həm də qoşqulu kənd təsərrüfatı texnikasının təxminən 150 model və modifikasiyasını təqdim edirik. Bundan əlavə, şirkətimizin nəzdində sahə autopilotları, dəqiq xəritələmə və məsafədən monitorinq sistemləri kimi elektron həllərin hazırlanması ilə məşğul olan xüsusi institut fəaliyyət göstərir.

Elektron həllər texnikadan daha səmərəli istifadə etməyə imkan yaradır, işin məhsuldarlığını artırır və təsərrüfatlar ilə aqrar holdinqlərin rəhbərləri üçün idarəetmə prosesinə nəzarəti gücləndirir. “Rostselmaş” yüksək dəqiqlikli naviqasiya və maşın görmə texnologiyalarına əsaslanan avtoidarəetmə sistemləri ailəsini hazırlayıb və bu sərgidə həmin sistemləri təqdim edir.

Biz uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən “AgriSpace” şirkəti ilə səmərəli tərəfdaşlıq edirik.

Caspian Agro sərgisində biz Nova 340 taxıl yığan kombaynı və dördkünc pres-toplayıcı maşını nümayiş etdiririk. Bu texnikalar artıq uzun illərdir ki, Azərbaycanın aqrar sektorunda istifadə olunur və doğruldub və fermerlər tərəfindən geniş şəkildə istifadə olunur.Bundan əlavə, F-1300 yemyığan kombaynını ilk dəfə olaraq Azərbaycan bazarına təqdim edirik. Bu texnika 300 hektardan çox yem bitkiləri olan nisbətən kiçik təsərrüfatlar üçün idealdır. İstismar baxımından sadə olan bu kombayn müasir və zamanla sınaqdan çıxmış texniki həllərlə təchiz olunub, kifayət qədər rahat, məhsuldar və səmərəlidir.

Məhsullarımız Azərbaycanda yaxşı tanınmasına baxmayaraq, biz bu sərginin daimi iştirakçılarıyıq. Həmişə tərəfdaşlarımızı dəstəkləmək, satışları aktivləşdirmək və brendin tanıdılmasını daha da gücləndirmək məqsədilə öz stendimizlə çıxış edirik
Caspian Agro sərgisi iştirak etdiyimiz tədbirlər arasında xüsusi yer tutur. Bu sərgi brendin tanınmasını artırmaqla yanaşı, yeniliklərimizi nümayiş etdirmək üçün də əla fürsətdir. Sərgidə iştirak sayəsində müştərilərlə birbaşa ünsiyyət qurmaq, rəy toplamaq və texnikamızın istifadəçilərinin ehtiyaclarını daha yaxşı anlamaq imkanı yaranır. Sərginin nəticələri bu regiondakı satış strategiyamıza müsbət təsir göstərir.

Əvvəlki Caspian Agro sərgilərində iştirakımızın müsbət nəticələri yerli bazarda mövqeyimizi genişləndirməyə imkan verib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev stendimizi ziyarət etdi. Onun brendimiz haqqında məlumatlılığı bizdə dərin hörmət doğurdu. Dövlət başçısı sərgidəki davamlı iştirakımızı xüsusi olaraq qeyd etdi.
 

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN