Svetlana Pavlenko, Rusiyanın “Agroexport-Yuq” MMC şirkətinin treyderi
Biz Moskvadan gəlmişik. Taxılın topdansatış ticarəti ilə məşğuluq və onu dünyanın müxtəlif ölkələrinə satırıq. Əsas istiqamətlərimizdən biri İran, Çin və Pakistandır. Eyni zamanda artıq 15 ildir ki, Azərbaycanla sıx əməkdaşlıq edirik.
Sərgiyə qatılmağımızın əsas məqsədi tərəfdaşlarımızla görüşmək və onların stendlərini ziyarət etməkdir. Bundan əlavə, taxıl tədarükçüsü olaraq biz potensial tərəfdaşlar və ya alıcı müştərilər axtarırıq. Perspektivli əlaqələr hər zaman dəyərlidir, buna görə də işgüzar əlaqələrimizi genişləndirməyə ümid edirik. Sərgi çərçivəsində həm mövcud tərəfdaşlarımız, həm də bir sıra yeni şirkətlərlə maraqlı görüşlər keçirdik.
Sərgilər peşəkar görüşlər baxımından çox faydalıdır, çünki canlı dialoq aparmağa imkan yaradır. Üzbəüz ünsiyyət formatı beynəlxalq səviyyədə qeyri-rəsmi təcrübə mübadiləsinin xarakterinə hər zaman müsbət təsir göstərir.