Niderland Caspian Agro 2026 sərgisi çərçivəsində Niderland Pavilyonunda kənd təsərrüfatı sahəsində təcrübəsini nümayiş etdirir

Niderland Caspian Agro 2026 sərgisi çərçivəsində Niderland Pavilyonunda kənd təsərrüfatı sahəsində təcrübəsini nümayiş etdirir

4 may 2026 0000

5-8 may 2026-cı il tarixlərində Bakının Ekspo Mərkəzində Caspian Agro sərgisi keçiriləcək. Niderland bu dəfə bu Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində 10 holland şirkətinin iştirak etdiyi “Niderland Pavilyonu” ilə təmsil olunacaq.

Niderland pavilyonunda sərgilənəcək holland kənd təsərrüfatı şirkətləri aşağıdakılardır:

· RijkZwaan aqro-ərzaq sektoru üçün yüksək keyfiyyətli meyvə və tərəvəz sortları hazırlayır.

· Globifield Impex B.V. damazlıq məqsədlər üçün diri mal-qaranın tədarükündə ixtisaslaşıb və illər ərzində heyvandarlıq ixracı/idxalında qlobal sənaye liderinə çevrilib.

· Dutch Lighting Innovations dünyada istixana sənayesi üçün işıqlandırma sistemləri hazırlayır.

· Lily şirkəti zanbaqların becərilməsi sahəsində ixtisaslaşır və dünyada gülçülərə xidmət göstərir.

· TTA ISO bağçılıq və qida sənayesi üçün yüksək texnologiyalı avtomatlaşdırma həlləri hazırlayır.

· Straathof Plants dünyada gülçülər üçün yüksək keyfiyyətli ştillərin becərilməsi və çatdırılması sahəsində ixtisaslaşıb.

· Treat Channel Niderlanddan qida ixracı sahəsində ixtisaslaşıb və bu dəfə Pavilyonumuzun ziyarətçilərinə holland Stroopwafellərini təqdim edəcək.

· Prins Group tam istixana həllərinin hazırlanmasına və reallaşdırılmasına böyük diqqət yetirir.

· Signify innovasiya, dayanıqlılıq və texnoloji mükəmməlliyə əsaslanan işıqlandırma həllərində qlobal liderdir.

· CRV elm, məlumatlar və dayanıqlılığa əsaslanan heyvandarlıq üzrə qlobal liderdir.

Sərgidə Niderlandın daha bir neçə kənd təsərrüfatı şirkəti ayrı-ayrı stendlərdə təmsil olunacaq.

Niderland Krallığının Azərbaycandakı səfiri xanım Marianne de Jong 5 mayda keçiriləcək sərginin açılışında iştirak edəcək və qonaqları və tərəfdaşları Niderland Pavilyonunu ziyarət etməyə dəvət edəcək.

Bundan əlavə, səfirlik bu il yerli konsaltinq şirkəti PFF Agro Consulting ilə əməkdaşlıq edərək “Azərbaycanın Kənd Təsərrüfatı Sektoru: Niderlandla Əməkdaşlıq üçün İmkanlar və Çağırışlar” adlı tədqiqatı həyata keçirib. Hesabatın məqsədi Azərbaycan və Niderland arasında kənd təsərrüfatı sektorunda əməkdaşlığı dəstəkləmək və gücləndirmək üçün möhkəm məlumat bazası yaratmaqdır. Sərgi çərçivəsində 7 may tarixində tədqiqatı yekunlaşdırmaq və təqdim etmək üçün şirkətlər və dövlət qurumları arasında müzakirə üçün dəyirmi masa görüşü keçiriləcək.

Qısa məlumat

Kənd təsərrüfatı Niderland tarixi və mədəniyyətində dərin köklərə malikdir. Niderland kənd təsərrüfatı innovasiyaları və dayanıqlıq təcrübələri ilə bağlı əsrlər boyu davam edən uzunmüddətli ənənəyə malikdir. Niderlandın kənd təsərrüfatı sahəsində təcrübəsi təsərrüfat texnikası, su idarəetməsi və məhsul becərilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur. Holland şirkətləri kənd təsərrüfatı sektoru ixracında qlobal ərzaq təhlükəsizliyinə və dayanıqlı təsərrüfat

təcrübələrinə töhfə verməklə məşhurdurlar. Kənd təsərrüfatında qlobal lider kimi Niderland aclıq və qida çatışmazlığı kimi qlobal problemləri həll etmək üçün öz bilik və təcrübəsini digər ölkələrlə bölüşmək əzmindədir.

Azərbaycan və Niderland kənd təsərrüfatı sektorunun müxtəlif sahələrində, o cümlədən toxumçuluq, istixanaların inkişafı və texnologiyalar, həmçinin süd, quşçuluq və ət istehsalı sahələrində əməkdaşlıq edir. Niderland üçün əsas prioritet Azərbaycanın kənd təsərrüfatı sektorunun səmərəliliyinin və məhsuldarlığının artırılmasına yönəlmiş qabaqcıl texnologiyaların tətbiqidir. Bundan əlavə, peşə təhsili və təlimi Niderlandın mühüm təcrübəyə malik olduğu və Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına dəstək vermək üçün dəyərli imkanlar təklif etdiyi mühüm sahədir.

Əməkdaşlığımızın bəzi məqamları üçün aşağıdakıları qeyd edə bilərik: Wageningen Universitetinin 2017-ci ilin Azərbaycanla bağlı araşdırması Azərbaycanın kənd təsərrüfatı və qida sektorları üçün müsbət bazar perspektivindən xəbər verir. Bununla belə, bu, müasir texnologiyaya, bacarıqlara, peşə hazırlığına, xidmətlərə və kənd təsərrüfatı avadanlığına sərmayə tələb edir. Bunlar hamısı Niderlandın geniş təcrübəyə malik olduğu sahələrdir.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Niderlandla ilə bağçılıq və tərəvəzçiliyin müasirləşdirilməsi, toxumçuluq və gülçülüyün, kənd təsərrüfatı tədqiqatları və təhsili sahələrində əməkdaşlıq etmək məqsədilə 2024-cü ildə Niderlanda səfərdə olub. Bu ilin əvvəlində səfir de Yonq və nazir kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın prioritet sahələrini müzakirə etmək üçün görüşmüşlər. Bu müzakirəyə bağçılıq və istixanaların inkişafı, çiçəkçilik sektoru, toxumçuluq, təhsil və akademik əməkdaşlıq, tədqiqat və məsləhət xidmətləri, heyvandarlıq və Azərbaycandan Niderlanda kənd təsərrüfatı ixracının genişləndirilməsi imkanları daxil idi.

Bundan başqa, Niderlandın İnkişaf Bankı (FMO) 2013-cü ildən Bank Respublika ilə uzunmüddətli əməkdaşlıq edir. Bundan əlavə, FMO Qafqazda ilk aqrobiznes sərmayəsini həyata keçirərək, bu mərhələ üçün Azərbaycanı seçib və 2024-cü ildə FMO supermarketlərin potensialının artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün Araz Supermarketləri ilə kredit müqaviləsi imzalayıb.

 

Sponsorlar

Media dəstəyi

Retail Centre – Ticarət şəbəkələrinin görüş mərkəzinin iştirakçıları

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN