Caspian Agro sərgisinin əhəmiyyəti bir daha sübut olundu

Caspian Agro sərgisinin əhəmiyyəti bir daha sübut olundu

8 may 2026

Arif Behbudov, Tərtər rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri

Bu ilki sərgiyə Tərtər rayonundan 15 nəfərlik fermer heyəti ilə gəlmişik. Sərgiyə bizi gətirən əsas səbəb aqrar sahəyə olan yüksək maraqdır.

Son 10 il ərzində bu sərginin aqrar sahə üçün çox böyük əhəmiyyəti olub. Ən vacib məqamlardan biri innovasiyaların tətbiqi, səmərəli və intensiv avadanlıqların, həmçinin fermerlərimizin ehtiyac duyduğu yeni texnologiyaların təqdimatı və satış imkanlarının yaradılmasıdır.

Nəzərə alsaq ki, sərgidə dünyanın 47 ölkəsindən 445 şirkət təmsil olunur və Azərbaycanın 55 regionundan 500 fermer sərgiyə dəvət alıb, bu faktlar Caspian Agro sərgisinin əhəmiyyətini bir daha sübut edir. Öz adımızdan Kənd Təsərrüfatı Nazirliyinə və sərgi təşkilatçılarına təşəkkürümüzü bildiririk.

Bizim rayonda əsas fəaliyyət sahələri bitkiçilik və heyvandarlıqdır. Pavilyonları ətraflı ziyarət etdik və demək olar ki, fəaliyyət sahələrimizə aid bütün məlumatları əldə etdik, yerli və xarici şirkət nümayəndələri ilə geniş müzakirələr apardıq.

Bundan əlavə, rəqəmsal texnologiyaların gələcəkdə dayanıqlı inkişafdakı rolu barədə bizə məlumat verildi, həmçinin “ağıllı kənd təsərrüfatı” layihələrinin tətbiqi yolları haqqında geniş məlumat aldıq. Əminəm ki, gələcəkdə bu yeniliklərdən öz işimizdə istifadə edəcəyik.


Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN