Azərbaycanda distribütor axtarırıq

Azərbaycanda distribütor axtarırıq

8 may 2026

Çağatay Tolunay, «Gordes Zeolit Co» şirkətinin Baş meneceri

Rəhbərlik etdiyim şirkət zeolitdən gübrələrin hasilatı və istehsalı ilə məşğuldur. Zeolit torpaqda rütubətin saxlanılması üçün kənd təsərrüfatında geniş istifadə olunan təbii mineraldır. Dünyanın ən böyük yatağı Türkiyədə yerləşir və biz onun sahibiyik.

Mən ilk dəfədir Bakıda keçirilən kənd təsərrüfatı sərgisini ziyarət edirəm. Azərbaycan bazarını daha yaxından öyrənmək istəyirik. İndiyədək Azərbaycanla işləməmişik, lakin gələcəkdə əməkdaşlığa başlamağı planlaşdırırıq. Burada məhsullarımızın satışını həyata keçirə biləcək şirkət axtarırıq.

Şirkətimiz xüsusi gübrələr istehsal edir. Burada bizim kimi şirkətlər görmədim. Əsasən hamı standart məhsullar istehsal edir. Lakin məhsullarımızın distribusiyası ilə məşğul ola biləcək bir neçə şirkətlə tanış oldum. Sərgidə artıq ilk əlaqələr qurulub. Qarşıda görüşlərimiz və əməkdaşlıq imkanlarının daha ətraflı müzakirəsi planlaşdırılır.

Sərgiyə gəldikdə isə, o, çox müsbət təəssürat yaradır. Burada kənd təsərrüfatı məhsullarının bütün spektri təqdim olunur ki, bu da ziyarətçilərə, fermerlərə və iri təsərrüfat sahiblərinə lazım olan hər şeyi tapmağa imkan verir. Şübhəsiz ki, belə sərgilər böyük əhəmiyyət daşıyır. İnsanlar öz sahələrində yeniliklərlə tanış olur, bir-biri ilə ünsiyyət qurur, fikir və təcrübə mübadiləsi aparırlar. Mən də Azərbaycan bazarının təhlili və bu bazara daxilolma imkanları ilə bağlı kifayət qədər məlumat əldə etdim

 

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN