İntiqam Quliyev, fermer (Masallı)
- “Caspian Agro” sərgisini ziyarət etməkdə məqsədim kənd təsərrüfatı sənayesinin yenilikləri, müasir təmayül və texnologiyalar, eləcə də təsərrüfat yanaşmaları ilə tanış olmaq idi.
Sərgi xoş təəssürat yaratdı. Çətin bir pandemiya dövründə yaşandığını nəzərə alsaq, təmsil olunan iştirakçı şirkətlərin səviyyəsi çox yüksəkdir. Əlbəttə ki, bütün sektorun daha geniş spektrinin təmsil olunmasını istərdim. Belə ki, bir arıçı kimi bu istiqamət mənə maraqlı idi. Burada bu sahə təqdim edilməyib, lakin mənim təsərrüfatım böyükdür və mən burada maraqlı məlumatlar əldə edə bildim. Düşünürəm ki, burada əldə edilən məlumatlar, fikir mübadiləsi və qurulan təmaslar təsərrüfatımızın məhsuldarlığının artmasına kömək edəcək.