Yubiley sərgisinin iştirakçıları tərəfindən pambıq əkilməsi

Yubiley sərgisinin iştirakçıları tərəfindən pambıq əkilməsi

10 may 2016 0000

May ayının 10-da Mərkəzi Botanika Bağında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 93 yaşının tamam olması münasibəti ilə xüsusi tədbir keçirilmişdir.

Tədbir çərçivəsində 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisinin iştirakçıları Mərkəzi Botanika Bağının əvvəlcədən ayrılmış guşəsində Ümummilli liderin xatirəsini yad etmək üçün (xüsusi seçilmiş) “Qarabağ” sortlu pambıq əkdilər.

Pambıq hər zaman Azərbaycan kənd təsərrüfatı mədəniyyətinin əsas sahələrindən biri olmuşdur. Vaxtı ilə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda pambıq istehsalı bir milyon tona çatdırılmışdı (Heydər Əliyev 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayarkən, təxminən 100-200 min ton pambıq istehsal olunurdu). Növbəti illərdə isə pambıq istehsalı bir milyon tona qədər artırılmışdı və hər il orta hesabla 800-900 min ton pambıq istehsal olunur. Beləliklə, yubiley sərgilərin iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, bir daha ictimaiyyətin diqqətini ölkədə pambıq istehsalının dirçəlişinə yönəltdilər.

Tədbirlərdə əsasən sərgilərin daimi iştirakçıları olan eksponentlərlə yanaşı, sərgilərin təşkilatçıları qismində çıxış edən “Caspian Event Organisers” (“CEO”) şirkəti, habelə 10 il ərzində sərgiləri dəstəkləyən və xəbərlərdə bu tədbirlərə böyük diqqət ayıran KİV nümayəndələri iştirak edirdilər. KİV-nümüyəndələrin arasında: AzTV, AzerTac, İctimai TV, Lider TV, Salamnews, Region TV, Report, МИР ТВ və s iştirak etmişdilər. Pambıq əkini və istirahət köşklərinin quraşdırılması təşkilatçılar tərəfindən “CaspianAgro” sərgiləsinin yubileyinə həsr olunmuş əlavə tədbirlər proqramının ilk tədbirinə çevrildi.

Bu il “CaspianAgro” sərgisi 19-21 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN