Yeni texnologiyalarla tanışlıq dövrün tələbinə çevrilib!

Yeni texnologiyalarla tanışlıq dövrün tələbinə çevrilib!

11 i̇yun 2021 0000

Azər Məcidli, “Aztexnika” şirkətinin satış üzrə meneceri

“Aztexnika” kənd təsərrüfatı və inşaat sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. Şirkət dünyanın bir sıra tanınmış texnika istehsalçılarının, o cümlədən “John Deere”, “Kemper”, “Dieci”, “Kuhn” və s. şirkətlərin rəsmi təmsilçisidir. Şirkətin inşaat bölməsi “JCB” şirkətinin maraqlarını təmsil edir.

“Caspian Agro 2021” sərgisində 6 texnika modeli təqdim olunur: “John Deere” şirkətinin “3045B”, “6095B”, “​​6135B” traktor modelləri, iki pambıqyığan maşın və bir kombayn. Fermerlərə texnikaların hərəkətini kompüterdən və ya mobil telefondan real vaxt rejimində izləməyə və işini planlaşdırmağa imkan verən “Auto Trac Universal 300” naviqasiya sistemi ilə də ziyarətçilərin marağına səbəb olub.

Ölkəmizin həyatında baş verən və Qarabağın qayıdışı ilə əlaqəli olan mühüm hadisələr şirkətimiz qarşısında yeni vəzifələr qoyub. Azad edilmiş ərazilərdə elan edilmiş “ağıllı kənd təsərrüfatı” konsepsiyası bizim üçün böyük imkanlar yaradır. Artıq bu bölgəyə dair bəzi razılaşmalar müzakirə olunur.

Sərginin gedişindən və onun təşkilat səviyyəsindən razıyıq. Bu forumun keçirilməsində məcburi fasilədən sonra daimi müştərilərimizə yeni məlumatların çatdırılmasına ehtiyacı yaranıb. Yeni texnologiyalarla tanışlıq isə zamanın tələbinə çevrilib. Qeyd etmək istərdim ki, sərginin ilk günlərində beş texnikanın satışı ilə bağlı ilkin razılaşmalar imzalamışıq.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN