Bülent Aytekin, “Aytekin” şirkətlər qrupunun Baş direktoru
Stend nömrə: A1052
Şirkət “Caspian Agro 2018” sərgisində yeni “PolyClima” istixanalarını ziyarətçilərə təklif edəcək. “PolyClima” sistemi bütün dünyada kənd təsərrüfatının yeni səhifəsini açır. İsti iqlimli ölkələr isti yay mövsümü ərzində bitkiləri becərməyə çalışır, lakin şirkət istixananı yay mövsümündə bağlamaq və yeni bitki becərmək əvəzinə, yarı-bağlı tipli iqlimə nəzarət funksiyaları ilə yay mövsümünün sərt şəraitinin öhdəsindən gələ və eyni bitkinin becərilməsini davam etdirə bilər.
“PolyClima” sistemi qışda isitmə, yayda isə soyutma imkanı ilə ilin 12 ayı ərzində məhsul becərməyə imkan verən yeni nəsil istixana texnologiyasıdır. Bu texnologiya istənilən iqlim şəraitinə uyğun olaraq layihələndirilə bilər. Bu texnologiya ekstremal dərəcədə rütubətli, isti, soyuq və ya quru iqlim şəraitini dəstəkləyir.
“PolyClima” sistemi sizə iqlimə tam nəzarət etmək, iqlimi lazımi vəziyyətdə saxlamaq və optimal böyümə mühiti yaratmağa imkan verir. “PolyClima” sistemi digər normal müasir istixanalar ilə müqayisədə iki dəfəyə qədər çox məhsul becərmək iqtidarındadır.
Siz “PolyClima” sistemi sayəsində təkmilləşdirilmiş mövsümi kondisiyalaşdırma texnologiyası ilə becərmə prosesində enerjiyə maksimum qənaət edir, istixanada ən yüksək keyfiyyətli məhsul əldə edirsiniz. Analoji sistemlər ilə müqayisədə, “PolyClima” sistemi enerjiyə qənaətlə yanaşı, dörd dəfə daha az enerji istifadə edir.
“PolyClima” sisteminin hazırlandığı xüsusi texnologiya sayəsində sistem hətta ekstremal rütubətli iqlim şəraitində bitkilərin rütubətlilik səviyyəsinə nəzarət edir.
Şirkət “Caspian Agro” sərgisinin keçirildiyi günlər ərzində istixana fermerləri, kənd təsərrüfatı mütəxəssisləri və maraqlı investorlar ilə görüşlər keçirmək niyyətindədir.