İslam Qurbanov, baytar, Sabirabad
– Mən baytaram, xırda və iribuynuzlu mal-qara üzrə mütəxəssisəm. Məni bu sərgidə ən çox müasir dərman preparatları maraqlandırır. Beləliklə, biz həmkarlarımızla birlikdə peşəkar praktikamızda istifadə etmək niyyətində olduğumuz keyfiyyətli məhsullar təklif edən Türkiyənin bir neçə istehsalçısı ilə danışıqlar aparmışıq.
“Caspian Agro 2018” sərgisi yüksək səviyyədə keçirilir və buna görə də mən ölkənin bütün fermerlərinin adından təşkilatçılara öz minnətdarlığımızı bildirmək istərdik. Sərginin gələcəkdə daha da genişlənməsini arzulayırıq. Bu tədbir ölkədə yeni layihələrin həyata keçirilməsinə təkan verir. Tədbiri ziyarət edən fermerlər ən son məhsullarla tanış olmaq və peşəkar məsləhətlər almaq imkanı əldə edirlər.