Anar Hüseynov, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin Marketinq Departamentinin direktoru GUBRE.AZ
Gubre.az “Aqrar İnnovasiya və Təchizat” Şirkəti QSC-yə məxsusdur. Bu, ölkə daxilində toxum, gübrə və bitki mühafizə vasitələrinin pərakəndə satışı ilə məşğul olan fermerlər üçün aqrar ticarət şəbəkəsidir. Son zamanlar Azərbaycanda satış məntəqələrinin sayı iki yüzə qədər artırılaraq satış şəbəkəsi genişləndirilib. Həmin satış məntəqələrində siz dünyanın 24 ölkəsindən olan 30-dan çox məhsul brendinin 150adını tapa bilərsiniz.
Geniş ticarət şəbəkəsi sayəsində fermerlərimiz vaxta qənaət edir və lazımi məhsulu qısa müddət ərzində əldə edirlər. Daha ucqar rayonlar üçün səyyar satışlar təşkil olunur.
Biz ikinci ildir ki, “CaspianAgro” sərgisinə sponsorluq edirik. Gənc şirkətimiz üçün bu marketinq baxımından sərfəli və prestijlidir. Bu məqsədlə çoxsaylı kataloqlar, bukletlər, videoçarxlar hazırlanmışdır - bunların hamısı fermerlərin maksimum məlumatlandırılması üçündür. Bu gün yeniliklər arasında orqanomineral gübrələr var. Bu il onların çeşidi xeyli genişlənmişdir. Əsas yenilik odur ki, bu gübrələr torpağı xarab olmaqdan qoruyur. Biz həmçinin yeni pambıq toxumlarını da sərgiləyirik.
Biz qonaqlar arasında respublika rəhbərliyinin, səfirliklərin nümayəndələrini görməkdən çox şadıq. Bu o deməkdir ki, dövlət bu sənayeyə böyük diqqət yetirir və yeni layihələr hazırlayır ki, bunlardan ən aktualı Qarabağın bərpası və inkişafı layihələridir.