Natiq Fətəliyev, “Neco” MMC-nin İcraçı direktoru
– “CaspianAgro” sərgisi sənayenin inkişafı sahəsində mühüm əhəmiyyət kəsb edir və çoxsaylı maraqlı ziyarətçiləri və hətta daha əvvəl sərgini ziyarət etməmiş mütəxəssisləri cəlb edir.
“Neco” MMC Niderland Krallığının toxum istehsalı ilə məşğul olan “Rijk Zwaan” şirkətinin Azərbaycandakı distribyutorudur və bu aparıcı dünya istehsalçısının yüksək keyfiyyətli hibrid məhsullarını öyrənmək və istehsalatda tətbiq etmək niyyətindədir. Biz yerli fermerlərə qabalı və açıq sahələrdə əkmək üçün müxtəlif növ pomidor, xiyar, badımcan, bibər və digər bitki toxumları təklif edirik.
Siz şirkətimizin stendində Azərbaycandakı tərəfdaşlarımız tərəfindən “Rijk Zwaan” şirkətinin toxumlarından istifadə olunmaqla becərilmiş məhsuldar bitkilərlə tanış ola və ilk əldən zəruri məsləhətlər ala bilərsiniz. Bizim üçün sərgidə Azərbaycanda becərilmək üçün münasib tərəvəz növləri və hibridlərin axtarışında olan nəhəng istehsalçılar daha çox maraqlıdır. Qeyd etmək istəyirəm ki, biz toxumların təchizatı ilə yanaşı, zəruri servis xidmətləri də göstəririk. Mən ümidvaram ki, sərgi bizim şirkətin işgüzar əlaqələrinin genişləndirilməsinə və potensial müştərilərinin artmasına kömək edəcək.