Bahadır Arcan, “Mysilo” şirkətinin ticarət üzrə koordinatoru
– Biz “CaspianAgro” sərgisində ikinci dəfə iştirak edirik və şirkətimiz taxıl saxlamaq üçün polad silos sistemləri və taxıl emalı (qurudulması, təmizlənməsi və s.) üçün avadanlıqlar təqdim edir. “Mysilo” şirkəti Türkiyəni təmsil edən özəl şirkətdir. Biz Azərbaycanda təxminən 20 müxtəlif layihə reallaşdırırıq. Sərgidə iştirak etməkdə əsas məqsədimiz marketinqdir. Sərgidə Azərbaycanın nəhəng şirkətləri, o cümlədən “Gilan”, “Azersun” və digər holdinqlər iştirak edir və biz onlarla eyni informasiya mühitində iştirak etməkdən məmnunuq ki, bu da bizə öz brendimizi daha çox tanıtmağa imkan verir.
Son illər Azərbaycanda yerli hökumətin dəstəyi ilə aqrar təsərrüfatlar yaradılır və bu təsərrüfatlarda heyvandarlıq təsərrüfatı üçün yem tədarükçüləri və ya yem istehsalı müəssisələrinin tikintisi ilə məşğul olan şirkətlər iştirak edirlər. Bunlar bizim potensial müştərilərimizdir. Bu strukturların təmsilçiləri bizi çox maraqlandırır.
“CaspianAgro 2017” sərgisi Azərbaycan və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir. 2014-cü ildə biz sərgidə iştirak etdikdən sonra xeyli yeni sifariş aldıq. Biz bu il də eyni səmərəli nəticəni əldə edəcəyimizə ümid edirik.