Suvarma sistemlərinin idarə olunması üçün ən yeni həll variantı

Suvarma sistemlərinin idarə olunması üçün ən yeni həll variantı

10 i̇yun 2021 0000

Sergey Primov, “Valley Irrigation” şirkətinin texniki meneceri

“Valley” şirkəti mexanikləşdirilmiş, dairəvi və frontal suvarma maşınlarının istehsalında liderdir. Bu texnika həm geniş profilə, həm də suya yüksək qənaət imkanına, eləcə də dəqiq suvarma sisteminə malikdir ki, bu da hazırda bütün dünyada çox vacib məsələlərdir. Sistem bir çox imkanlar təklif edir. Bu imkanlardan biri də aqronomlar üçün çox vacib olan məsafədən idarəetmə və suvarma hesabatlılığının çox yüksək dəqiqlik səviyyəsi, eləcə də lazımi su həcmi və mövcud problemlər barədə analiz və məntiqi nəticəyə (kənardan) server vasitəsi ilə qoşulmadır.

Bu gün stendimizdə rütubətə, torpağın keyfiyyətinə və duzun mövcudluğuna nəzarət edən “Sheduling” suvarma sistemlərinin idarə olunması üçün bütün dünyada ən yeni həll variantını təqdim etdik. Demək olar ki, bütün dünya üzrə alınan məlumatlar analitik bazanı təşkil edir və müştərilər ondan öz əkin sahələrinin məhsuldarlığını artırmaq üçün istifadə edə bilərlər.

Azərbaycan vətəndaşı olaraq, mən istərdim ki, ölkəmiz iqtisadi baxımından çiçəklənsin,kənd təsərrüfatı sektorunda problemlər arada qaldırılsın və həmişə satışa xeyli sayda münasib qiymətli meyvə-tərəvəz çıxarılsın.

Onu da qeyd etmək istərdim ki, pandemiya şirkətimizin fəaliyyətinə praktiki olaraq heç təsir etməyib, çünki istənilən halda, ölkədə istehsal öz tempini saxlamalı idi. Mən hesab edirəm ki, bu sektorun inkişafında sərginin rolu çox vacibdir - buradakı insanlar yeni təkliflər və bazar layihələri ilə tanış olur, özləri üçün konkret nəticələr çıxarırlar.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN