Cüneyt Tyarkuran, Beta Sulama şirkətinin Satış və Marketinq Meneceri
Beta Sulama Azərbaycanın kənd təsərrüfatı bazarında 2007-ci ildə yaradılıb. Beta damcı suvarma sistemləri və bağçılıq strukturlarının istehsalı ilə məşğul olur, bağ dizaynlarını hazırlayır və ağaclara qulluq üzrə məsləhətlər verir. 15 il ərzində şirkət Azərbaycanda müxtəlif şirkətlər üçün bir çox bağçaları avadanlıqla təchiz edib.
Biz “Caspian Agro” sərgisinin keçirildiyi ilk gündən bəri bu sərgidə iştirak edirik. Hesab edirəm ki, belə tədbirlərin təşkili Azərbaycan üçün zəruridir, yalnız burada ziyarətçilər çoxlu sayda avadanlıq, xidmət və layihələrlə tanış ola bilərlər.
Bu gün stenddə daha təsirli və xəstəliklərə davamlı məhsullar təqdim edirik. Bunlar beynəlxalq tədqiqat institutları ilə birgə işlənib hazırlanmışdır. Biz suvarma sistemlərində ən son texnologiyaları, rəqəmsal platformada sistemin qurulmasını və s. nümayiş etdirməyə çalışırıq.
Sərgi öz genişliyi, iştirakçıların fəallığı və ziyarətçi axını ilə sevindirir. Burada hər kəsi şirkətimizin məhsul və xidmətləri ilə ətraflı tanış etmək bizim üçün vacibdir. Ziyarətçilər broşürlər, bukletlər alır, bu sahədə bütün suallara cavab tapırlar. Biz təcrübə və yaxşı məsləhətləri bölüşməyə çalışırıq. Biz əminliklə hesab edirik ki, biz yerli istehsalçılara kənd təsərrüfatı layihələrinin icrası zamanı qarşılaşdıqları problemlərin əksəriyyətinin həllində kömək edə bilərik.