Gürsel Tanrıver, “Beta” şirkətinin İdarə heyətinin sədri
– Biz artıq dördüncü dəfədir ki, “CaspianAgro” sərgisində iştirak edirik və burada suvarma sistemləri və onların komponentlərini, eləcə də müxtəlif kənd təsərrüfatı bitkilərinin şitillərini təqdim edirik. “Beta” şirkəti Azərbaycanda doqquz ildir ki, fəaliyyət göstərir və son beş ildə xüsusi ilə fəaldır. Azərbaycan təşkilatları arasında şirkətimizin bir çox iri müştərisi var.
Biz bu sərgidə daimi müştərilərimiz, o cümlədən mütəxəssis və həmkarlarımızla ünsiyyət qurmaq, eləcə də şirkətimizin sənaye peşəkarlarını maraqlandıran fəaliyyəti və təqdim etdiyimiz məhsullar barədə məlumat vermək niyyətindəyik.
“CaspianAgro” sərgisi Azərbaycanda aqrar sektorun inkişafına istiqamətlənmiş ciddi bir tədbirdir və mən görürəm ki, bu tədbirin ziyarətçiləri arasında xeyli sayda potensial müştərimiz var.