Konstantin Barabanov, Gəncə Avtomobil Zavodunda direktor müavini
– Gəncə Avtomobil Zavodu “Caspian Agro 2018” sərgisində Minsk traktor zavodu ilə birgə Azərbaycanda istehsal olunan məhsulları təqdim edir. Xüsusilə, Ekspo Mərkəzin qarşısındakı açıq platformada “Gəncə-Belarus” brendinin müxtəlif modifikasiyalı silsilə modelləri nümayiş etdirilir. Bu modellər arasında pambıq toplayan, pambığın toplanması və daşınması üçün qoşular, inşaat texnikası, o cümlədən kənd təsərrüfatı sahəsində məsələn, yığım anbarlarında, xəndək qazma və başqa işlərdə istifadə edilən kommunal maşınlar yer alır. Həmçinin dar korpusu sayəsində üzüm təsərrüfatlarında sıraların arasından asanlıqla keçə bilən üzümçülük traktorlarını da xüsusən qeyd etmək istərdim. Bizim traktorlar kənd təsərrüfatı işlərini bütün sahələrini əhatə edir və buna görə də bu texnika fermerlər arasında məşhurdur. Bir sıra texnikalar subsidiya proqramları, aqrolizinq və s. vasitəsi ilə satılır.
Gəncə Avtomobil Zavodu məhsullarımızın əsas istehlakçıları olan fermerlərlə yaxından əlaqə saxlayır. Stenddə traktorlar üçün mühərriklər və orijinal ehtiyat hissələri nümayiş etdirilir ki, fermerlər lazımi komponentləri yerində əldə edə bilərlər. Zavodun xidmət mərkəzləri Azərbaycanın strateji rayonlarında yerləşməklə, yaxın ətraf rayonları da əhatə edir.
Builki sərgi maraqlı və çoxşaxəlidir. Biz artıq altıncı ildir ki, bu tədbirdə iştirak edirik. Bu forum bizə istehlakçılarla birbaşa ünsiyyət qurmaq, onların arzu və iradlarını öyrənmək və onları operativ şəkildə cavablandırmaq imkanı verir. Bütün ziyarətçiləri, xüsusən də kiçik və böyük təsərrüfatları təmsil edən fermerləri stendimizdə görməkdən məmnun olarıq.