Siz “Bombus” bio-arıları haqqında nə bilirsiniz?

Siz “Bombus” bio-arıları haqqında nə bilirsiniz?

19 may 2016 0000

Кemal Yılmaz, “Aqrosell” şirkətinin direktoru

– “Aqrosell” şirkəti 2006-cı ildə tərəvəzçilik sahəsində fəaliyyətə başlayıb. Şirkətin əsas peşəkar fəaliyyəti kənd təsərrüfatı sənayesi (ilk növbədə, söhbət pomidor, xiyar və digər kənd təsərrüfatı məhsullarının şitillərinin becərilməsindən gedir) üzrə  ixtisaslaşmaqdan ibarətdir.

“Bombus” adlı xüsusi bio-arıların yetişdirilməsi şirkət fəaliyyətinin digər istiqamətidir. Bio-arılardan tozlandırma üçün istifadə olunur və onlar məhsuldarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. “Aqrosell” şirkəti əkinçilik tarlasında ziyanvericilərin mənfi təsirlərinin qarşısını alan faydalı həşərat cinslərinin yetişdirilməsi ilə məşğuldur.

Biz şirkətin məhsullarını yerli bazarda satmaqla yanaşı, xarici ölkələrə də ixrac edirik. Ümumilikdə, bazarda sabitlik müşahidə olunur, biz fəal şəkildə yeni tərəfdaşların axtarışını həyata keçiririk. Bununla əlaqədar olaraq, sərgidə iştirak etməkdə əsas məqsədimiz satış kanalını genişləndirmək, yeni alıcılar axtarmaqdır. Biz sərgidən yüksək ziyarətçi axınını və iştirakçıların şirkətin fəaliyyətinə göstərdikləri haqlı marağını gözləyirik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN