Əfqan Babayev, fermer (Masallı)
- Mən Masallı rayonunda əkinçiliyin bir neçə sahəsi - sitrus bitkiləri, çay və meyvələrin yetişdirilməsi, heyvandarlıq və əkinçiliklə məşğulam. Sərgidə məni ən çox texnologiya - taxıl üyüdülməsi üçün avadanlıq, əkin və yığım texnikası, həmçinin, çay əkinləri üçün mineral gübrələr maraqlandırırdı. Mən axtardığım bütün məhsulları burada tapa bildim!
Sevinirəm ki, yerli şirkətlərin məhsulları xarici şirkətlərin məhsulları ilə uğurla rəqabət aparır.
Mən burada gələcək əməkdaşlıq üçün zəruri əlaqələr qurdum və məni dəvət etdikləri üçün sərgi təşkilatçılarına minnətdaram!