Sərgidə iştirak fəaliyyətimizə müsbət təsir göstərir

Sərgidə iştirak fəaliyyətimizə müsbət təsir göstərir

15 may 2019 0000

Rəhman Məmmədov, Agrokimya MMC-nin Prezidenti

Agrokimya sirkəti əsasən respublikaya bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, tərəvəz, bostan bitkiləri, qarğıdalı və pambıq toxumları, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar idxal edib kənd təsərrüfatı müəssisələrinə və fermerlərə satışı ilə məşğuldur. «Aqrokimya» MMC İsveçrənin «Syngenta Agro AG», Almaniyanın “Bayer CropScience AG”, ABŞ-ın “DOW AgroSciences”,  Türkiyənin «Koruma Klor Alkalı» şirkətlərinin bitki mühafizəsi vasitələrinin,  İtalyanın “Valagro”, Belçikanın “Tessenderlo Group”, İsrailin «Haifa Chemicals”, Rusiyanın «Evroxim» şirkətlərinin yarpaq və kök gübrələrinin, İsveçrənin “Syngenta Seeds” şirkətlərinin bitki toxumlarının, Estonianın “Mikskaar” şirkətinin torf satışı üzrə distribyutorudur.

Sərgidə iştirakımızın əsas məqsədi fəaliyətimiz haqqında daha ətraflı məlumat vermək və kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə yaxından münasibətlər qurmaqdan ibarətdir. Ziyarətçilərimiz arasında əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarını görmək arzusundayıq.

Şirkətimiz ətraf mühütə zərər vermədən ekoloji cəhəttən təmiz, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək üçün aqrokimyəvi xidmətin yeniliklərini, qabaqcıl təcrübəni tədbiq etmək və yeni texnologiyalar haqqında təkliflər verir.

Regionun kənd təsərrüfatı sahəsibdə ən böyük və mühüm tədbirlərindən olan Caspian Agro sərgisində iştirakımız şirkətimiz üçün yeni partnyorlar qazanmaq, əməkdaşlıq qurmaq və yeni innovativ biliklərimizlə bölüşmək sahəsində fəaliyyətimizə müsbət təsir göstərir.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN