Midhat Qurbanəliyev, Maybo MMC-nin Direktoru
Maybo MMC 2011-ci ildən etibarən Azərbaycanda özəl və dövlət təşkilatlarına labaratoriya avadanlıqlarının təchiz olunması və texniki servis xidməti göstərməkdədir. Şirkət 10 illik fəaliyyəti dövründə Azərbaycanda bir sıra təşkilatlarla əməkdaşlıq etmişdir Bu təşkilatlara Azərbaycan Dövlət Aqrar Universiteti, AZƏRSU, SOCAR və digərləri daxildir.
Maybo MMC, “FOSS” (Süd və taxıl analizatorları istehsalçısı), “Wile” (taxıl analizatorları istehsalçısı), “ATAGO” (meyvə və tərəvəzdə şəkər və turşuluq analizatorları istehsalçısı), “Stafor” (Calaq və budama alətləri istehsalçısı), Akyurek (analiz avadanlıqları) və dünyada tanınmış digər şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Caspian Agro 2022 sərgisində Maybo MMC yeni qurulacaq olan qida və kənd təsərrüfatı sənayesinə aid labaratoriyalara labarator avadanlıqlarının təmin olunması, onlardan istifadə təlimatının keçirilməsi və texniki servisin göstərilməsi və eləcə də fermer təsərrüfatlarında məhsuldarlığın artırılması və məhsulun uzun müddətdə lazımı şəraitdə (standartlara uyğun olan turşuluq, şəkər və s. nəzərə alınmaqla) saxlanılması üçün test və ölçü avadanlıqlarının təmin olunması kimi regionda yeni xidmətlər təklif edəcək.
İxtisaslaşmış sərgilər texnologiya, məhsul və xidmətlərin nümayiş etdirilməsi, alış haqqında yekun qərarların verilməsi, bazarda mövcudluğun nümayişi üçün əvəzsiz vasitədir. Caspian Agro sərgisi istehsalçı ilə istehlakçı arasında birbaşa canlı ünsiyyət və eləcə də kiçik və orta bizneslərin inkişafı üçün şərait yaradır.