Qabriel Leyaz, “Vitroplant” şirkətinin Azərbaycan filialının aqronomu
- İtaliyanın “Vitroplant” şirkəti ana kökün hazırlanmasından başlayaraq ona zəruri sortun (calaq qələminin) calaq edilməsinə qədər meyvə tinglərinin becərilməsi sahəsində ixtisaslaşıb. Beləliklə, Azərbaycanın konkret regionunun şəraitinə uyğunlaşmış məhsuldar ağac əldə edilir. Biz bunun üçün gələcək bağın salınacağı ərazinin torpağını, suyunu, iqlim şəraitini əvvəlcədən təhlil edir və tingləri əldə edilmiş nəticələrə uyğun hazırlayırıq.
Biz artıq təxminən 8 ildir ki, Azərbaycanda fəaliyyət göstəririk. Bu müddət ərzində Lənkəran, Qusar, Şəki, Şabran və ölkənin digər bölgələrində bir sıra uğurlu layihələri reallaşdırmağa nail olmuşuq. Şirkət əsasən şaftalı, nektarin, gavalı, üzüm və digər çəyirdəkli meyvələrin tinglərinin hazırlanması sahəsində ixtisaslaşıb.
Məqsədimiz maraqlanan auditoriyaya keyfiyyətli əkin materialının seçiminin vacibliyi barədə məlumat verməkdir. Bu gün fermerlər artıq bilirlər ki, meyvə bağı tərəvəz tarlasından fərqli olaraq, təxminən 30 ilə qədər uzunmüddətli yatırımdır və bu işdə tinglərə qənaət etmək lazım deyil.
Biz Azərbaycanda meyvə becərməyə başlamaq niyyətində olan, maraqlanan insanlarla sərgidə görüşlər keçirmək istəyirik. Biz arzu edən hər kəsə ən yaxşı əməkdaşlıq şəraitini təklif etməyə hazırıq və peşəkarları stendimizə dəvət edirik.