Maksim Maksimov, “Rostselmash LTD”-nin satış şöbəsinin direktoru
Şirkətimiz həm Rusiyada, həm də xaricdə kənd təsərrüfatı texnikasının qabaqcıl istehsalçısıdır. Biz dünyanın ən iri 5 istehsalçı şirkətlərindən biriyik və bir çox bazarlarda xüsusi yer tuturuq. Azərbaycan da daxil olmaqla, qırxa yaxın ölkəyə texnika ixrac edirik.
Biz müxtəlif tutumlu kombaynlar, taxılyığan kombaynlar, yem yığan kombaynlar, traktorlar istehsal edirik. “Caspian Agro” sərgisində NOVA 340 kombaynı təqdim olunur. Ən kiçik model olmasına baxmayaraq həm Rusiyada, həm də Azərbaycanda çox məşhurdur, və bu ölkələrdə otuza yaxın bu kombayndan artıq alınıb. Müştərilər razılıq bildirilər və biz kombayn haqqında, kombaynların təchiz olunduğu elektron sistemlər haqqında müsbət rəylər alırıq. Onlar operatorlara əməklərini minimuma endirmək imkanı verir.
Biz, həmçinin, Klever törəmə şirkətinin qoşqu avadanlıqlarını da təqdim edirik.
Biz hər il “Caspian Agro” sərgisində iştirak edirik. Bu sərgini yüksək səviyyəli tədbir kimi qiymətləndirirəm. Bu layihədə iştirak etmək brendin təşviq edilməsi və tanınması üçün vacib, eləcə də tərəfdaşlarla görüşmək üçün bir fürsətdir. “Caspian Agro” sayəsində biz yerli bazarı inkişaf etdirmək, sənaye innovasiyalarını təqdim etmək əzmimizi nümayiş etdirə və perspektivli şəkildə inkişaf etdiyimizi vurğulaya bilirik. Beləliklə, sərgi biznes əlaqələrinin qurulması üçün effektiv vasitələrdən biridir. Ümid edirik ki, sərgi zamanı yeni profil əlaqələr quracaq, peşəkar ideyalarla mütəxəssislərin marağını cəlb edəcək və müştərilərin əhatə dairəsini genişləndirəcəyik.