Quşçuluq təsərrüfatı üçün kompleks avadanlıqlar

Quşçuluq təsərrüfatı üçün kompleks avadanlıqlar

20 may 2016 0000

Samirə Məmmədova, “Specht Ten Elsen” şirkətinin satış üzrə meneceri

– Almaniyanın “Specht Ten Elsen” şirkəti dördüncü dəfədir ki, “CaspianAgro 2016” sərgisində iştirak edir. Bizim stenddə quşçuluq təsərrüfatı üçün kompleks avadanlıqlar – qəfəs avadanlıqları, yem bunkerləri və yem ötürmə sistemləri, habelə zibil təmizləmə lentləri, avtomatik yumurta toplama transporterləri, havalandırma, isitmə, soyutma və havanı rütubətləndirmə sistemləri və bir sıra digər avadanlıqları təklif edən “Specht” şirkətinin fəaliyyəti haqqında məlumat təqdim olunur. Həmçinin, bizim avadanlıqlardan dünyanın 50-dən artıq ölkəsində istifadə olunur.

Hələ ki, Azərbaycanda müştərilərimiz çox deyil - ən böyük yerli müştərilərimiz arasında Qəbələ Quşçuluq Fabriki var. Müvafiq olaraq, biz yeni müştərilərin cəlb edilməsi baxımından sərgiyə böyük ümidlər bəsləyirik. Sərgiyə dəvət olunmuş bizim və digər müvafiq şirkətlərin əsas auditoriyası - quşçuluq təsərrüfatı ilə məşğul olan ziyarətçilər arasında daha çox maraqlanan insanlarla görüşlər keçirmək istərdik.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN