Tansel Bukulen, “Royal Brinkman” şirkətinin regional meneceri
– Hollandiyanın “Royal Brinkman” şirkəti peşəkar bitkiçilik üzrə nəhəng təchizatçı, montajçı və məsləhətçidir. Tərəvəzçilik, gülçülük, dibçək bitkiləri və şitillərin becərilməsi ilə məşğul olan istehsalçılar bizim xidmətlərdən faydalanırlar. Biz otuz mindən artıq yüksək keyfiyyətli məhsul istehsal edirik. Hazırda “Royal Brinkman” şirkətinin Meksika, İngiltərə, Polşa, İspaniya, Fransa, Çexiya, Macarıstan və Türkiyə kimi ölkələrdə filialları var.
İstixana mühitinin optimallaşdırılması sahəsində böyük təcrübəyə malik olan şirkət istixanalar üçün yeni məhsul və həll variantlarının inkişaf etdirilməsi baxımından beynəlxalq ekspert hesab olunur. Şirkət həmçinin gigiyena, dezinfeksiya, gübrələmə, texniki avadanlıq və s. məsələlərlə də məşğuldur.
Biz “CaspianAgro” sərgisində şirkətin bütün məhsul spektrini təqdim edirik. Bu, bizim sərgidə ilk iştirakımız deyil və biz “Azersun”, “Grow Group”, “Amoris” və digər yerli şirkətlərlə mövcud əməkdaşlığımızı genişləndirir, sərginin xarici iştirakçıları ilə yeni əlaqələr qururuq.