Niderland Krallığından rekord sayda iştirakçı şirkət

Niderland Krallığından rekord sayda iştirakçı şirkət

17 may 2019 0000

Onno Kervers, Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

- Niderland Krallığının pavilyonu ölkənin kənd təsərrüfatı və texnologiyalar sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirir. Bunların arasında yüksək texnologiyalar üzrə innovasiyalar, mükəmməl təşkil edilmiş loqistika və s. yer alır. Milli stend çərçivəsində istixana biznesi sahəsində ixtisaslaşmış şirkətlər və müvafiq texnologiya, aqrar avadanlıq və texnika, zeytun yağı istehsalı və s. təqdim edilir. Ümumiyyətlə, bu gün iki sərgidə 22 holland şirkəti təmsil olunub. Bu isə əsil rekorddur!

Niderland Krallığı kiçik ölkə olsa da, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində son dərəcə səmərəli nəticələr əldə edib. Belə ki, ölkə kənd təsərrüfatı məhsullarının ixracı üzrə dünyada ikinci yeri tutur. Bu sərgi bizim üçün işgüzar əlaqələrin qurulması üçün əla platformadır. Bu il sərgi islahatların vüsət almasını və iqtisadiyyatın şaxələnməsini bariz şəkildə nümayiş etdirir. Azərbaycanın yeni kənd təsərrüfatı naziri həm islahatçı, həm də kənd təsərrüfatı sahəsinə investisiya yatırılmasını artırmağa çalışan mütəxəssis təsiri bağışlayır. Qeyd edək ki, Niderland Krallığı milli pavilyonunun bir çox iştirakçısı birmənalı şəkildə təsdiq edir ki, bu sərgi onların ən ciddi gözləntilərini artıqlaması ilə doğruldub.

Mən inanıram ki, yerli bazar şirkətlərin gələcəkdə uğura imza atması üçün ciddi imkanlar vəd edir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN