Aleksandr Tretyakov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının meneceri
– Azərbaycanın Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) 2016-cı ildə ölkə Prezidentinin göstərişi ilə təsis edilib. Assosiasiya narın yetişdirilməsi ilə məşğul olan fermerlərə yüksək keyfiyyətli məhsul əldə etmək və beynəlxalq bazarda Azərbaycan narının təbliğ etmək üçün hər cür dəstək verməklə məşğuldur. Bundan başqa, Assosiasiyaya nar emalı və nardan müxtəlif hazır məhsul istehsalı sahəsində ixtisaslaşmış şirkətlər daxildir.
“Meyvələrin şahı” olan nar Azərbaycanın təbii ehtiyatlarından biridir. Mükəmməl iqlim şəraitinə görə, ölkəmizdə yetişdirilən narlar bütün dünyada analoqu olmayan ləzzətli dadı ilə fərqlənir. Bəzi alimlər nar mədəniyyətinin ilk növbədə Azərbaycan torpağına yarandığını güman edirlər. ANİİA qarşısına Azərbaycan narını bütün dünyada təbliğ etmək məqsədi qoyub. Assosiasiya bu məqsədlə dünyanın ən məşhur sərgilərində Azərbaycanın narının və nar məhsullarının təbliğinə öz töhfəsini edir.
Məlum olduğu kimi, narın tətbiq sahəsi təkcə yeyinti sənayesi deyil. Nar qabığı və toxumunun müalicəvi xüsusiyyətləri bu meyvəni farmakologiya və kosmetologiya sahəsi üçün də zəruri məhsula çevirir. Azərbaycanda belə məhsulların istehsalı ANİİA Assosiasiyasının əsas məqsədlərindən biridir.
“Caspian Agro” sərgisi çərçivəsində stendimizdə Assosiasiyanın nailiyyətlərini təqdim edir, maraqlanan insanlara xidmətlərimiz haqqında məlumat veririk. Fermerləri, eləcə də nar yetişdirilməsi və emalı ilə əlaqədar olan hər kəsi stendimizə dəvət edirik. Onlar burada fəaliyyətlərimiz barədə məlumat əldə etməklə yanaşı, Assosiasiya üzvlərinin sırasına qoşula bilərlər. Biz əməkdaşlığa hazırıq və hər kəsi görməkdən məmnunuq. Bizim stendimizdə Assosiasiyanın bəzi üzvlərinin, o cümlədən “Gilan”, “Azərsun”, “Aznar”, “Az-Granata” və başqa nəhəng istehsalçıların məhsulları ilə tanış ola bilərsiniz.