Müştərilərimizin 70 faizini sərgilər vasitəsilə tapırıq

Müştərilərimizin 70 faizini sərgilər vasitəsilə tapırıq

18 may 2022 0000

Robert Raisiq, KRONEN şirkətinin əməkdaşı

Şirkətimiz Almaniyada meyvə-tərəvəz emalı avadanlığının istehsalı ilə məşğul olur. Biz kiçik və orta bizneslər üçün sənaye avadanlıqları istehsal edirik. Şirkət qırx ildən artıqdır ki, fəaliyyət göstərir, bir çox ölkələrdə daimi nümayəndəliklərimiz mövcuddur. Şirkətin istehsal etdiyi avadanlıqlar  yüz iyirmidən çox ölkədə satılır.

Əsas fəaliyyət növü tərəvəz və meyvələrin doğranması, yuyulması avadanlıqlarının istehsalı ilə bağlıdır, lakin biz qarışdırıcılar, konveyer lentləri də istehsal edirik. Bu mövsümün yenilliyi satışı satış şəbəkələri tərəfindən həyata keçirilən meyvə-tərəvəzin emalı üçün yuyucu maşının istehsalıdır. Biz xüsusi texnologiya işləyib hazırlamışıq və onun köməyi ilə məhsulların vitrinlərdə daha uzun müddət qalması mümkün olacaq.

Biz uzun illərdir ki, Azərbaycanda bir neçə etibarlı tərəfdaşlarla əməkdaşlıq edirik. Mən sərgiyə avadanlıqlarımıza olan tələbatı öyrənmək, müştərilərimizlə görüşmək və növbəti illərdə satış perspektivlərini qiymətləndirmək üçün gəlmişəm.

Sərgi ilə bağlı ilk təəssüratlar müsbətdir. Şadam ki, “CaspianAgro 2022” bir çox xarici ölkələrin nümayəndələrini bir araya toplayıb. Ona görə də burada da xarici tərəfdaşlar tapacağımıza ümid edirəm. Sərgi bizim üçün mühüm hadisədir. Müştərilərimizin 70 %-dən çoxunu bu cür tədbirlər vasitəsilə tapırıq. Burada biz həm də rəqiblərimizin inkişafını izləyə və öz nailiyyətlərimizi effektiv şəkildə nümayiş etdirə bilərik.

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN