Həsən Özdəmir, “Esli Company” şirkətinin İstanbul və Avropada regional satış üzrə meneceri
Bizim şirkət Avropada su və çirkab sularının təmizlənməsi sistemlərinin hazırlanması sahəsində 40 illik təcrübəyə malikdir. “Esli Company” şirkətinin sertifikatlaşdırılmış brendi olan “AQUALINE” yalnız Türkiyədə deyil, həm də bütün dünyada tanınmış və üstünlük verilən brendə çevrilib.
Biz 15 ildir ki, Azərbaycanda fəaliyyət göstəririk. Burada təxminən iyirmi müştəri şirkətimiz var, onlarla daim əlaqə saxlayırıq və şirkət mütəxəssisləri tərəfindən planlaşdırılan ziyarətlərimiz olur.
Bugünkü sərgidə stendimizdə ziyarətçilərə istixanalarda torpaqsız əkinçilikdə istifadə olunan su təmizləyici cihazları nümayiş etdiririk.
Biz ötən il də bu sərgidə iştirak edəcəkdik, lakin pandemiya səbəbindən tədbir təxirə salındı. Bu səbəbdən də daxili bazarda yüksək nəticələr əldə edə bilmədik. Lakin xarici bazarda həyata keçirilən bəzi layihələr sayəsində sabitliyi qoruya bildik.
Azərbaycanda çalışdığımız bir neçə illik müddət ərzində diqqətimizi əsasən kənd təsərrüfatına və xüsusilə istixanalara yönəldirik. Yuxarıda göstərilən istiqamətdə investisiya və işlər davam etdikcə, bu bazarda daha çox pay qazanmağa və məhsullarımızın uğurla satılacağından əmin olmağa çalışırıq.