Müasir istixanalar üzrə səmərəli layihələr

Müasir istixanalar üzrə səmərəli layihələr

19 may 2016 0000

Ceyhun Qurbanzadə, IEP Greenhouses Azerbaijan” şirkətinin diler-meneceri

– Bizim şirkət artıq üçüncü dəfədir ki, bu sərgidə iştirak edir və biz sərgini bazarın mühüm tədbiri hesab edirik. Bu populyar tədbirdə iştirak etməkdə əsas məqsədimiz yeni müştərilərin axtarılması, satış bazarının genişləndirilməsindən ibarətdir.

“IEP Greenhouses Azerbaijan” şirkəti İspaniyada yerləşən “IEP” şirkətinin yerli tərəfdaşıdır və müasir istixanaların qurulması üzrə layihələrin hazırlanması ilə məşğuldur. Bizim şirkətimiz yerləşmə, iqlim şəraiti, məhsul çeşidindən asılı olmayaraq, müxtəlif layihələr üzrə səmərəli həll variantları təklif edir.

Mövsümi kənd təsərrüfatı məhsullarının ilin soyuq dövründə becərilməsinə imkan verən bizim istixanaların bir sıra üstünlükləri var.

Biz öz sifarişçilərimizə çoxdəhlizli istixanalar, eləcə də kənd təsərrüfatı və sənaye təyinatlı metal məkanlar təklif edirik. Bizim üstünlüyümüz müştəri layihələri üzrə geniş dizayn seçimindən ibarətdir.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN