İsgəndər Qurbanov, “Grow Group” şirkətinin sahibi
– Şirkətimiz 2010-cu ildən fəaliyyət göstərir və üç əsas istiqamət üzrə ixtisaslaşıb. Biz müasir avtomatlaşdırılmış istixanaların tikintisi və servis xidmətləri məşğul olur və il boyu tərəvəz becərdiyimiz şəxsi istixanaları idarə edirik. Bizim şirkət Azərbaycan üzrə çoxsaylı layihələr reallaşdırıb, şirkətin Dağıstan və Rusiyada sifarişçiləri var. Biz hazırda Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixracına start veririk. Biz bu sərgidə dəfələrlə iştirak etmişik və bu bizim üçün böyük təbliğatdır və zənnimcə, imici formalaşdırır. Sərgi şirkət barədə bir daha məlumat vermək üçün yaxşı imkan yaradır.
Əlbəttə, beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq, tərəfdaşlarımız barədə məlumat vermək vacibdir. Bunlar Fransanın “Richel”, Niderland Krallığının “Stolze” şirkətləri və bir sıra digər müəssisələrdir. Qabaqcıl şirkətlərlə peşəkar əlaqələr bizim istifadəyə hazır şəkildə, hətta bəzən bitkilərlə birlikdə təhvil verdiyimiz istixanaların tikintisi üçün zəruri keyfiyyətli avadanlıqları əldə etməyə imkan verir. Biz məhsulların becərilməsinə görə cavabdehik. Biz ilk növbədə ən yaxşı sortları seçirik. İkincisi, bütün istixanalar “Priva” kompüter (hətta “I-pad”) sistemi vasitəsi ilə idarə olunur, zəruri miqdarda gübrə və digər əlavələr verilir.
Qeyd etmək istərdim ki, bizim şirkətin məsləhətçiləri xarici mütəxəssislərdir. Biz burada Gəncə Aqrar Universitetinə müraciət edir və gələcəkdə istixanaların istismarı üzrə zəruri xidmətlərin göstərilməsi üçün kadrlar hazırlamaq məqsədi ilə tələbələri təlimə dəvət edirik.