Meyvə və tərəvəzlərin mükəmməl emalı!

Meyvə və tərəvəzlərin mükəmməl emalı!

16 may 2018 0000

Robert Rayziq, “Kronen” şirkətinin MDB, Cənubi Qafqaz və Mərkəzi Asiyada avadanlıqların satışı üzrə regional meneceri

- Almaniyada təsis olunmuş şirkətimiz öz 40 illik yubileyini qeyd edir. “Kronen” şirkətinin avadanlıqları meyvə-tərəvəz emalı sənayesində, ictimai iaşə kombinatlarında, mətbəx və yeməkxanalarda, bir sözlə, böyük həcmdə meyvə və tərəvəzi təmizləmək, kəsmək və yumaq lazım olan hər yerdə istifadə olunur.

Sərgi stendimizdə salat, quru meyvə - tərəvəz istehsalı, müxtəlif meyvələrin dərin dondurulması üçün avadanlıqlar və digər məhsullar təqdim ediləcək. Biz sərgi ziyarətçilərini “Kronen” şirkətinin məhsulları ilə tanış etmək niyyətindəyik: stenddə peşəkar məsləhət və vizual çap məlumatları əldə etmək olar.

Biz Azərbaycanlı müştərilərlə görüşmək və yeni işgüzar əlaqələr qurmaq istərdik. İlk növbədə, biz öz tərəvəz istehsalına malik olan və istehsal saxlamaq, eləcə də gəlirliliyi artırmaq üçün emal prosesini tətbiq etmək istəyən şirkətlərə maraq göstəririk. Biz həmçinin ictimai iaşə müəssisələrinin nümayəndələri, sosial qidalanma, o cümlədən hava limanı, xəstəxana, məktəblər və başqa yerlərdə xidmət təşkilatçıları ilə görüşmək istərdik. Şirkətin bütün dünyada ən çox bu sahələrdə müştəriləri var.

Artıq beş ildir ki, bu sərgidə iştirak edirik və əminik ki, maraqlanan auditoriya bizim avadanlıqları bu dəfə də böyük maraqla qarşılayacaq. Şirkətin artıq Azərbaycandan bir neçə müştərisi var və onlarla müqavilələri imzalamaq ərəfəsindəyik və bu günlərdə işgüzar  müqavilələr bağlamaq üçün onlarla görüşmək niyyətindəyik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN