Sergey Maleev, Rusiya, “Basis” maşınqayırma şirkətinin Baş direktoru
– İlk növbədə, mən sərgidə köhnə tərəfdaşlarımla görüşdüm. Lakin səfərimin əsas məqsədi Azərbaycan qida sənayesinin istehsalçıları ilə tanış olmaqdır. Mənə elə gəlir ki, burada onların sayı kifayət qədər deyil. Daha çox qənnadı məmulatları və qəlyanaltı istehsalçılarını görmək istərdim. Belə istehsalçıların Azərbaycanda az olduğunu düşünmürəm, bəlkə də öz satış bazarları var. Sərginin özü genişmiqyaslıdır, keyfiyyətlə və yüksək Avropa səviyyəsində təşkil edilib.