Emin Fərəcov, SİLO-nun direktoru
Biz Türkiyənin SİLO brendinin rəsmi nümayəndələriyik. Bu şirkət taxıl anbarları və yem istehsalı müəssisələri üçün avadanlıqların istehsalı ilə məşğuldur.
“CaspianAgro” sərgisi bizim üçün dəyişməz bir dəyərdir. Fürsətdən istifadə edərək, bu görkəmli layihəyə görə təşkilatçılara öz təşəkkürümüzü bildirmək istərdik! Biz bu sərgidə sponsorlardan biri olaraq çıxış edirik. Bu, bizim üçün nüfuzlu və vacib bir vəzifədir. Biz daha çox insanın bizim haqqımızda məlumat sahibi olmasını istəyirik- əminik ki, sərgi hamımız üçün faydalı olacaqdır.
Sərgiyə çoxlu sayda ziyarətçinin gəlməsindən çox məmnunam. Buz ilk günü demək olar ki, bütünlüklə intensiv təşkilati işlərə həsr edirik. Ziyarətçilər bizim haqqımızda ilk məlumatı qeydiyyat zamanı verilən hədiyyə paketi vasitəsilə alırlar. Eyni zamanda mütəxəssislərin şirkətimizin uğurları haqqında ətraflı danışdıqları stenddə videolar, bukletlər və kataloqlar vasitəsilə SILO-nun təqdimatı keçirilir. Bundan əlavə, maraqlanan şəxslərə kompleksimizə ekskursiya təklif edirik.
Biz fermerlərə öz işlərində fəal şəkildə kömək edirik. Müasir məhsullarımız sayəsində onlar taxılın keyfiyyətini qoruyub saxlamaqla, onu uzun müddət ərzində lazımi şəraitdə saxlaya bilirlər. Sərgilər isə bu cür insanları tapmaqda və onlarla əlaqələr qurmaqda bizə kömək edir.