Elionora Nistor, Layihələr üzrə Baş Menecer @ADVICE&CONSULTILNG®
Advice&Consulting® özünün yüksək keyfiyyət standartları ilə layihələrin həyata keçirilməsi, İtaliyada hazırlanan və istehsal olunan məhsulların, işlə bağlı bütün proseslərin və yetişdirilən məhsulun optimallaşdırılmasına yönəlmiş aqronomik konsultasiya vasitəsilə bağçılığın təkmilləşdirilməsi və inkişafı üzrə ixtisaslaşmış İtaliya şirkətidir.
Biz Caspian Agro ziyarətçilərinə “AGRINSIGHT®” proqramı vasitəsilə Aqronomik konsultasiya təklif edəcəyik. Buraya daxildir: Meyvə bağlarının layihələndirilməsi; Su və torpaq analizi; İqlim, torpaq, coğrafi mövqeyə görə sort seçimi; Sertifikatlaşdırılmış meyvə bitkiləri və tingləri; Meyvə bağları üçün dəstək xidməti, mühafizə və suvarma sistemləri; Meyvə bağları üçün ixtisaslaşdırılmış texnika; Nəzarət olunan atmosferli soyuducular və anbarlar; Çeşidləmə xətləri; Qida emalı texnikası; Paletlər üzərinə yığma, konservasiya və qablaşdırma üçün materiallar.
AGRINSIGHT®, meyvə bağlarının ümumi idarə edilməsi və onun səmərəli məhsuldarlığını müəyyən edən bütün amillərin avtomatlaşdırılmış sistem ilə uzaqdan idarə edilməsi üçün Advice&Consulting® tərəfindən dəstəklənən yeni proqramdır.
Bu, ilk dəfə Caspian Agro sərgisində nümayiş etdiriləcək şirkətin yeni təşəbbüsüdür.
Biz “Caspian Agro” sərgisində diqqətimizi işlərin fəal şəkildə yerinə yetirilməsinə yönəldirik. Yüksək keyfiyyətli meyvələr, yeni tərəfdaşlar və qarşılıqlı faydalı əlaqələr qurmaq üçün meyvə bağları yaratmaqda maraqlı olan yeni insanlarla tanış olmağı gözləyirik. “Made in Italy” keyfiyyəti Advice&Consulting® tərəfindən meyvələrlə bağlı yaradılan hər bir layihəni digər layihələrdən fərqləndirməyi bacaran xüsusi amil hesab olunur.
Biz bunu Bakıda sərginin ziyarətçilərinə nümayiş etdirməkdən məmnun olarıq.
Veb sayt: https://advice-consulting.it/en/